adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

KÖÇ(ÜRÜL)ƏN KƏND

ƏBÜLFƏT MƏDƏTOĞLU
55162 | 2017-03-03 15:10

Şübhəm özümdəndi

Hər dəfəbilgisayara yaxınlaşanda operator xanımın üzünə baxıram və bunu da tam səmimideyirəm. Onun əlləri hərflərə doğru uzananda üzündəki cizgilər mənə yazınınartıq necə alınacağını xəbər verir. Əgər əsəbidisə, qaş-qabaqlıdısa, həttamobil telefonu da susmaq bilmirsə, onda vay mənim də halıma, yazının da. Yox,çöhrəsindəki özünəməxsus təbəssümü və hətta otaqdan-otağa ərklə «ay Əbülfət müəllim,harda qaldın» deyə,səslənməsi hamının diqqətini çəkirsə… Hə, bax onda yazı öz axarıyla süzülüb gələcək.Söz sözə calanacaq, fikir fikrə. Bir də baxıb görəcəyik ki, son notlardı. İndiisə…

Bəli, səhər ertədənaxşamdan kökləndiyim yazını içimdə bir də yazıb oxudum və yazıb oxuduqca da soləlim yazı masamın bir tərəfinə yığdığım və tez-tez istifadə etdiyim kitablara tərəfuzandı. «Çəhrayı rəngli dünyam» kitabını götürdüm, özü də bilə-bilə. Çünki bukitabda mənim yazımın istinad nöqtəsi olan, dayaq mərkəzi sayıla biləcəkmisralar mənim içimə çoxdan köçmüşdü. Sadəcə, onları bir də yaddaşımda təzələməkistəyirdim. Axı söhbət kənddən, evdən gedir!.. O kənddən, evdən ki, onun üçün mənimiçim göynəyir, dodaqlarım çatlayır. Və bunu da bir Allah bilir, bir də özüm.Kimsə buna iynə ucu boyda olsa da,reaksiya vermir. Ən dəhşətlisi də odur ki, kömək, ümid gözlədiyim ünvanlardandeyil, tanımadığım, heç,harada yerləşdiyindən də xəbərdar olmadığım qurumlardan, insanlardan mənə cavabgəlib. Əslində, bütün savadımıbir məxrəc altında toplayıb o cavabı da təkrar-təkrar oxuyuram… Mənə nə deməkistədiklərini anlaya bilmirəm. Yəni,mən kömək, haqq-ədalət istədiyim halda mənə qonşuları nişan verirlər, qonşularıgöstərirlər. Özü də o qonşuları ki, onlar da özləri öz talelərinə cavabdehdilər… Özləri öz həyatlarının məsuliyyətinidaşıyır, öz seçimlərinə «don biçirlər»…

Bəli, ölkənin ənali orqanlarına- PrezidentAdminstrasiyasına yazdığım müraciətin cavabına, mənə Bakı Metropoliteni QSC-nin «departament rəisicavab göndərib». Vallah-billah,mənim Zakir Hacıyevlə heç bir problemim yoxdu. O insanı tanımıram, onun özünə də,tutduğu vəzifəyə də sayğı ilə yanaşıram. Amma bilmirəm ki, mən hardan onunyadına düşmüşəm və o niyə mənə cavab yazıb. Bir halda ki, mənim müraciətimtamam başqa istiqamətə, başqa ünvanlaradı. Nə isə… Elə bu yerdəcə demək istəyirəmki, Allah Xalq şairi Qabilə rəhmət eləsin!.. Yerlər səhv düşəndəyaşamaq da çətin olur. Bax, mənim nümunəmdə bunu istənilən şəxs izləyə bilər...

Adətən bütün məsələlərinbir səbəbi olur. Elə bütün müraciətlərin də. Və mən də artıq son aylarda dəfələrləvurğuladığım kimi, həyatımı göy əsgiyə bükən durum, səbəb evimlə, gecəqondumlabağlıdı. İndi yaşadığım əraziyə üz tutan hər kəs, əgər işğaldan azad edilmiş kəndlərimizinilk mənzərəsini gözünün qarşısına gətirsə, tutaq ki, Horadiz şəhəri 1994-cü ilyanvar ayının 8-də olan görüntüsünü xəyalında canlandırsa, içindən bir sızıltı keçəcək. Çünki hələ ki, yaşadığım ünvanmənə hər gün onu xatırladır, hər gün o hissləri yaşadır... Çünki bir-bir tərkedilən, sökülüb dağıdılan, uçurulan evlərin işıqları qaralır… Barıları,divarları, damları xarabalığa çevrilir… İnsanların ümidlə, sevgiylə, ürəyinin hərarətiyləqurduqları yuvalar elə bil ki, bir qəfil titrəyişlə, zəlzələylə, nə bilim vəlvələylə,hər nəyləsə silinir yer üzündən. Və mən də gözümün qabağında dikilmiş, ucalmış,bər-bəzək vurulmuş evləri, onların həyətindəki çiçəkləri, meyvə ağaclarını azqala bir-biri xatırlayıram, az qala bir-bir onların ətrini, təravətini duyuram.Sanki onlar mənə bir-bir də pıçıldayırlar:

- Axı niyə beləodu?! Axı niyə belə etdilər?! Nə idi günahımız?!

Bəli, bax, buyerdə artıq səhifəsini açdığım «Çəhrayı rəngli dünyam» kitabından oxuyuram:


Kimsəsiz gözəldir,yoxdu baxanı,

Sökülüb barısı,uçub eyvanı.

Köçüb əzizləri,gedib yaxını,

Kimsə yoxdu ağıdesin bu kəndə.


Hə, sonra yenəoxuyuram:


Əl saxlayın, ayköçənlər, ay adam,

Ayyad yerdə sultan adam, xan adam.

Ayöləndə qiblə bilib üz tutan,

(Balamdeyib qucağında ovudan)

Kimsəyoxdu ağı desin bu kəndə…


Mənbu şeiri bütünlüklə sizə təqdim etmirəm. Çünki inansanız da, inanmasanız daartıq Qarabağda viran qalan evimə, kəndimə o qədər ağı demişəm ki, gözümdə yaşqalmayıb. İndi də son nəfəsini yaşayan gecəqonduma qabar dilimlə ağı deməyə taqətimqalmayıb. Və dəyərli şairimiz Sona xanımVəliyevanın bu misraları içimdəki ağını qabarlı dilimlə təkrarlamağayardım etdi… Yəqin düşünəcəksiniz ki, biz ağılarımızın, bayatılarımızın bir təsəlliolduğuna daxilən özümüzdə inam böyütmüşük, inam bəsləmişik. Və bu bəslədiyimizinam da, ümid də əlimizdən tutub bizi bir mənzilə aparıbdı. Amma indiki anda mənimhansı inamla, hansı ümidlə və hansı ünvana gedəcəyimi Allahdan başqa kimsəbilmir. Daha doğrusu, kimsənin bilməsinə kimsələrsə imkan vermir. Ona görə dəöz-özümə təsəlli üçün pıçıldadığım misraların qapısını döyməli oluram. Axı, biraz da olsa yaşamaq lazımdı – uşaqların, nəvələrin xatirinə.


Rahatlıqistəyirəm

yorulmuşürəyimə

torlanan,

qaralan

gözlərimə…

vəbir də

məniayaqda

saxlayabilməyən,

titrəyəndizlərimə…

haratlıqistəiyrəm-

uzananqollarıma

əsənəllərimə…

tozqopan yollarıma

vəbir də

dərdləyüklənmiş

günlərimə,

aylarıma,

illərimə…

rahatlıqistəyirəm-

özümləaparacağım

sevgimüçün

vəbir də

dahaçox

qoydeyim düzün,

aparacağım

sevgimdənyorulan

səninüçün!

rahatlıqistəyirəm…


***

Hərdəntay-tuşlarımla, xüsusilə tələbə yoldaşlarımla çay süfrəsi arxasında və yaxud dahansısa mərasimdə görüşəndə söz-sözü çəkir. Hamımız bir-birimizə irad tuturuqki, dincəlmək də lazımdı, istirahət də. Amma bunu necə edək, buna necə vaxtayıraq və ümumiyyətlə, bu mümkündürmü suallarının yozumu, dartışması bizi eləbir hala gətirir ki, az qala dediyimizə peşman oluruq. Və sonda da bizlərdənbiri söyləyir ki, rahatlığı qəbirdə tapacağıq, əgər onu da tapa bilsək…

İndimən də fikirləşirəm ki, 1988-ci ildən, yəni həmin ilin fevral ayından ölkəmizdərahatlıq deyilən anlayış sual altına düşür. Bunun da səbəbi ilk öncətorpaqlarımızın işğal altında olmasıdı, hər gün atəşkəsin pozulmasıdı, təxribatlarıdı.Yəni, biz vətəndaş olaraq birmənalışəkildə hamımız ruhən o proseslərin içərisindəyik. Belə olduğu haldarahatlıqdan danışmaq bir yana, heç o barədə düşünmək də olmaz. Bunu kimsədüşünürsə, öz payına böyük günaha imza atmış olur. Yəqin ki, bu ölkədə günahkaraxtarılsa və bununla bağlı hətta elan verilsə, məndən başqa ortaya çıxanolmayacaq. Və mən də nə qədər günahlarımı etiraf etsəm də, bağışlayantapılmayacaq. Mənim günahım zamanında və yerimdə doğulmamaqdı. Neyləyim, doğumyerini və zamanını seçmək mənim ixtiyarımda olmayıb… Deyəsən bir az hissəqapıldım. Bunu üzrlü sayın, təbii ki, bacarsanız, layiq bilsəniz. Mən əlimi ürəyiminüstünə qoyub günahlarımı etiraf edirəm. Və o günahlarımın birini də şeirəçevirib çox həzin bir səslə Allahın eşidə biləcəyi bir avaza köklənirəm.


Adımayazılıb bütün günahlar

Sevməkdə, qarşına çıxmaq da günah…

Sənlianlarımı həm yaddaşıma,

Həmdə gözlərimə yığmaq da günah…


Nələrolacağın yaşayıb görək

Təzədəndoğulaq, təzədən gələk!

Hərkəsin istəyi eşq dolu ürək

Deməli,ürəyi sıxmaq da günah!


Həyatfəlsəfəsi yozulmur hər vaxt

Uğurluqismətlər yazılmır hər vaxt…

Məzarlarölçüdə qazılmır hər vaxt -

Ölçüsüzməzara sığmaq da günah!


Nəvaxtdı sızlayır bu, sol tərəfim

Söz-söhbətmövzusu olub şərəfim…

Dünyadaən böyük varım, fərəhim -

Sənəgendən durub baxmaq da günah!..


***

Deməli,dünyanın bu çalxalanan vaxtında, hadisələrin öz səmtini, öz ahəngini hər an dəyişəbildiyi bir zamanda mənim nəyəsə ümid etməyim bəlkə də ağılsızlıqdı və bir azda yumuşaq desəm, az qala don kixotluqdu. Amma neyləyim bəzən saman çöpü dəümid olur… bəzən bir qığılcımdan da alov törəyir (rəhmətlik düşüb-düşmədiyinideyə bilmərəm, amma tarixi şəxsiyyət olduğu üçün burda Leninin adını çəkməliyəm.O da demişdi ki, qığılcımdan alov törəyib - Ə.M.). Bax, belə. İndi mənə gülənlərin, oxuyanların, hətta mənə məsləhətvermək istəyənlərin hamısını çox səmimi bir şəkildə ürəyimə yaxın buraxıb deməkistəyirəm ki, vallah-billah nə qədər günahkar olsam da, mənim də yaşamaq haqqımvar, hüququm var. Bu an yaşamımızda da yazılıb… amma yaşaya bilmirəm, yaşamağaqoymurlar. Və yaşamağa qoymayanların da mənə iradı, sözü, iddiası, tələbi, həttaərki bir fikirdən, bir məntiqdən keçir:

-Sən gecəqondunun uyğun, münasib olmayan yerdə tikmisən! Köçməlisən! Evinköçürülməlidi!

Bax,bu məntiq məni təkcə havalandırıb dəli eləmir. Həm də dəlinin bir az da havalanıb ağıllılara güldüyü durumagətirib çıxarır. İndi o durumu siz özünüz də təsəvvür edin, gözünüzün qarşısınagətirin. Heç olmasa özünüzü mənim yerimdə, mənim durumumda təsəvvür edin.İnanıram ki, əgər bu təsəvvürü içinizdə yarada bilsəniz, sizin gülüşünüzdən, qəhqəhənizdənbütün Azərbaycan olmasa da, Bakı mütləq silkələnəcək, titrəyəcək, gülüş zəlzələsibaş verəcəkdi! Bundan da qorxmağa həm dəyər, həm də dəyməz. Bilirsiniz niyə?Ona görə ki, gülənlər bu dəfə sonuncular olmayacaq…

Bütünyazı boyu söylədiklərimin bir ilməsi də məhz düşdüyüm durum, onun, dəliliyin bir formasıolmasıdı. Elə mən də bu yazıyakökləndiyim ərəfədə özüm özümə pıçıldamışdım ki:


Hərdən

dəlilikdə

adamınişinə yarayır…

beləki,

özünü

ağıllısayanın

hamınınyanında

dəli

rahatca

barmağınasarıyır…

hamıda susur-

guyaki,

əhəmiyyətvermirlər

əslindəisə

dəlininhəmin anda

gerçəyidediyini

çoxgözəl bilirlər…

özləridə

bugerçəyə

için-içingülürlər!..


Bax,belə. Mən də əmin olduğum gerçəyi kağıza köçürdüm. Və tapındığım Allahımın bugerçəyi qəbul etdiyinə şübhəm də yoxdu. Şübhəm olsa-olsa yenə də özümədi. Ona görə ki, məsləhətbilinməyən, uyğun gəlməyən yerdə, məkanda, zamanda doğulmaq və yerdə gecəqondutikmək ancaq dəlinin işidi. Bundanartıq nə deyim ki?..


TƏQVİM / ARXİV