GÖY ÜZÜ KİMİ TƏMİZ

FAİQ QİSMƏTOĞLU
83257 | 2017-03-03 13:48

...Dünyada elə insanlar, elə ziyalılar, elə adamlar var ki, hamının onlaraehtiyacı duyulur. Yəni bu insanlar sözün həqiqi mənasında gün işığı kimi nurlu,gün işığı kimi təmizdilər. Və buna görə də harda olmasından asılı olmayaraq,belə bir ziyalıya, belə bir insana çox böyük ehtiyac hiss olunur...

Mənimtanıdığım və çox hörmət elədiyim, daha doğrusu, atamla yaxın dostluq eləmiş İsgəndərQuliyev də belə işıqlı ziyalı insanlardan biridir. O, İsgəndər müəllim kimi çoxböyük hörmət və nüfuz qazanıb; həm çalışdığı Azərbaycan Dövlət Universitetində (indiki BDU-da), həm də cəmiyyət və insanlar arasında...

...Belə insanlar heç vaxt keçmişini, ağır günlərini yaddan çıxarmırlar. Ən azındanona görə ki, onlar yüksək mərtbəyə və zirvəyə heç kimin köməyi olmadan və çox çətinlikləqalxa biliblər. Onlar qalxdıqları o yüksəklikdən keçmişlərinə baxarkən bir dahabu günün qədrini bilir, insanlara daha böyük sevgi və məhəbbətlə yanaşırlar.

İsgəndərHəsən oğlu Quliyev 1938-ci ilin iyulun 1-də Astara rayonunun Artupa kəndindəziyalı ailəsində anadan olub. Atası Həsən kişi Böyük Vətən Müharibəsində həlakolub. Bundan sonra onun çətin və ağır günləri başlayıb. O, Ərçivandakı uşaqevində yaşayıb. Orta məktəbi bitirb və bir il də Artupa kəndində sıravikolxozçu işləyib...

Sözümüzüncanı odur ki, İsgəndər Quliyev həyatınçox odlu-alovlu, enişli-yoxuşlu yollarını keçib. Bu çətinliklər və ağrı-acılaronu zaman-zaman daha da möhkəmlədib. Nə elə arxalı adamı olub, nə də elə maddiimkanı. Öz zəhməti və gücü hesabına bütün çətinlikləri arxada qoyub. O, hətta1956-cı ildən 60-cı ilə qədər Qazaxıstanda "xam torpaqlarda” işləyib. Orda daİsgəndər Quliyev bir zəhmətinə güvənib, bir də onu gözləyən anası Raziyəxanıma. Çünki anası həmişə onu Allaha tapşırardı və deyərdi ki, oğul, səninAllahdan başqa heç bir köməyin və arxan yoxdur. Ulu Yaradan da həmişə ona arxadurub və söykək olub. İsgəndər Quliyev də həmişə Allahını tanıyıb, Allahınasığınıb və Allahın qoyduğu yolla da addımlayıb. Bu yol isə onu zaman-zamanarzusuna, istəyinə qovuşdurub. Düzdür, bu yolun bayaq dedyimiz kimi çox ağıranları olub... bu yolun qarı olub, çovğunu olub, tufanı olub... bu yolun sonugörünməyən çox çətinlikləri olub... Bütün bunlar onu heç vaxt qorxutmayıb və məqsədindəndöndərə bilməyib.

O,Azərbaycan Dövlət Universitetində (BDU-da) uzun müddət "Sov. İKP tarixi”kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Tarix elmlərinamizədidir. Hər şeydən öncə son dərəcə haqqı, ədaləti və düzlüyü sevən birziyalı olaraq universitetdə böyük nüfuz qazanıb. Hamı da bilib ki, İsgəndər müəllimkimdən imtahan qəbul edibsə, mütləq həmin tələbəyə, yaxud da abituriyentəobyektiv qiymət verəcək. İsgəndər müəllimin başına güllə sıxsan da, qolunuqandallasan da heç vaxt savadlı uşağınqiymətini kəsməyib. Əksinə, kimsəsizə, yetimə-yesirə, əlsiz-ayaqsıza arxa durubvə onların haqqını müdafiə eləyib...

İsgəndərQuliyev həm də prezidentə və dövlətçiliyə çox sədaqətli ziyalıdı. O, vaxtiləHeydər Əliyevə qarşı haqsızlıq olanda Ulu Öndərin müdafiəsinə qalxan öncülziyalılardan biri olub. Daha doğrusu,İsgəndər Quliyev Heydər Əliyevi Bakıya dəvət edən məşhur "91-lər"dəndir. O "91-lər"ki, buna görə həmin dövrdə mövcud olan hakimiyyət onlara hər cür hədə-qorxu gəlirdivə hətta ölümlə belə hədələyirdi. Ancaq bu əqidəli, vətənini və xalqını sevənziyalıları nə ölüm təhlükəsi, nə də başqa təyziqlər öz məqsədlərindən döndərəbilmədi və Heydər Əliyev hakimiyyətə gəldi,Azərbaycanı böyük təhlükədən xilas edərək çox güclü və qüdrətli dövlət yaratdı.

Axıdemişdim, İsgəndər Quliyevin rəhmətlik atamla möhkəm dostluğu olub. Onundostluğa necə sadiq olduğunu atam rəhmətə gedəndən sonra bir daha dərindən hisselədim. Hiss elədim ki, İsgəndər müəllim kiminlə bir tikə çörək kəsibsə, axıraqədər də o çörəyə çox sədaqtəlidir. Mənə demişdi ki, hansı çətinliyiniz olsagizlətməyin. Heç bizim də elə bir çətinliyimiz yox idi. Amma bu söz mənə həyatverdi, işıq verdi və atasızlığı yaddan çıxardım. Və fikirləşdim ki, mənim göydəAllah, yerdə də İsgəndər müəllim kimi bir güvəncim var. Elə bu mənim bəsimidi...

Birdəfə də tələb olanda İsgəndər müəllimgilə getmişdim. Onda anası rəhmətlik Raziyəxanım sağ idi. Məni o qədər çox istəyirdi ki, doğmalarından ayırmırdı. Bir stəkançay içib evdən çıxmaq istəyirdim, nə Raziyə xanım, nə İsgəndər müəllim, nə də həyatyoldaşı Əzizə xanım qalxmağıma imkan vermədilər. İsgəndər müəllim dedi ki, anamyaxşı düşbərə bişirib. Onu yeməmiş burdan səni buraxmaram, sözün açığı, mən dəsıxılırdım. Dərin bir boşqamda düşbərəni gətirib qarşıma qoydular. Gördüm ki,onlar çəkilib o biri otağa keçdilər. Mən də doyunca həmin düşbərəni yedim. İndidə o düşbərənin dadı damağımdan getməyib. Sən demə, ona görə o biri otağakeçiblərmiş ki, mən utanmayım, o yeməyi yeyim...

İsgəndərmüəllim çox gözəl övlad, çox gözəl ata, çox gözəl baba, çox gözəl insan, çoxgözəl də ziyalıdır. Kimsə onun qapısını döysə, kömək istəsə mən inanmıram ki,İsgəndər müəllim bu köməyi kimdənsə əsirgəsin. Çünki bu cür ziyalılar tək özləriüçün deyil, həm də el üçün, oba üçün yaşayırlar. Yəni onların işığı tək öz evlərinə,öz qohumlarına deyil, çox insanların üstünə düşür...

O,2001-2005-ci illərdə II çağırış Milli Məclisə deputat seçilib. İndiyə kimiyaxşı yadımdadır. Bir dəfə millət vəkili, professor Şamil Qurbanov Milli MəclisdəFransanın sabiq prezidenti Jak Şiraka erməniləri müdafiə elədiyinə görə,"qudurub!" ifadəsi işlətmişdi. Buna görə öyrədilmiş adamlar ŞamilQurbanovun üstünə hücum çəkdilər. Hətta bir dəstə insan Milli Məclisə də gəlmişdilər.O vaxt Şamil Qurbanovu bir neçə ziyalı, o cümlədən millət vəkili rəhmətlik ZəlimxanYaqub, millət vəkili İsgəndər Quliyev və bir də professor Pənah Xəlilov müdafiəelədilər. Nizami rayonundakı bir neçə məktəbdə görüşlər keçirildi və orda daİsgəndər Quliyev heç kimdən, heç nədən çəkinməyərək çıxış edib Şamil müəllimimüdafiə elədi. Bax, əsl vətənpərvərlik, əsl kişilik, əsl mərdlik budur! Sözdə hərşey demək olar. Amma əsas insanın əqidəsi, əxlaqı və amalıdır. İsgəndər Quliyevdə həmişə təmiz əqidəyə, saf əxlaqa və mənəvi saflığa sığınıb. Bu da dövlət vəhökumət tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, 2000-ci ildə Ulu ÖndərHeydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Elə insanlar varki, onlar göy üzü kimi təmiz olurlar. Elə insanlar var ki, onlara atılan şər,böhtan heç vaxt yapışa bilməz. Elə insanlar var ki, onlar əməlləri, əxlaqları,savadları ilə digərlərindən seçilir. Buinsanlar əməlisaleh insanlardır və Allah-Təala tərəfindən sevilənlərdir. Mənqürur duyuram ki, Azərbaycanın İsgəndər Quliyev kimi çox dəyərli, göy üzü kimitəmiz və vicdanlı ziyalısı var.

Lap yadımdançıxmışdı. Onu da deməliyəm ki, İsgəndər Quliyev bu gün Bakı Dövlət Universitetinin "Diplomatiya və müasirinteqrasiya prosesləri" kafedrasında fəaliyyətini davam etdirir. İndiyəkimi 100-dən çox elmi əsərin, kütləvi kitab və məqalələrin müəllifidir. 4övladı, 8 nəvəsi var...

Allah-Təala hərbir insanın ömür yolunu əvvəlcədən yazır. Və İsgəndər müəllimə də belə bir talebəxş edib. Elə bir tale ki, o taleyə görə övladlar, nəvələr, doğmalar həmişəİsgəndər Quliyevlə fəxr edəcək və deyəcəklər ki, bizim nəslimizdə Azərbaycanınçox böyük ziyalısı var.

Viktor Hüqonunbir kəlamı yadıma düşür: "Vicdan insanın Allahıdır". İsgəndər Quliyevdə vicdanlı ziyalı olduğuna görə, həmişə Allah-Təala tərəfindən sevilib və onagöy üzü kimi bir təmizlik bəxş edilib.



TƏQVİM / ARXİV