adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Mart 2017 11:50
10213
KRİMİNAL
A- A+

Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər tutulub

Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
35-ci Polis Bölməsi əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin gün Ağakərim Səmədzadənin qardaşı Fərid və tanışı Ziya Sultanovla birgə S. Abbasovu "Opel" markalı avtomobilə oturdaraq rayon ərazisində kirayəyə götürdükləri evə aparıb orada saxlamaları müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Z. Sultanov, A. Səmədzadə və qardaşı Fərid tutulublar.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.