adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
03 Mart 2017 10:41
16870
İQTİSADİYYAT
A- A+

“AzeriLight”ın qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 1 dollardan artıq ucuzlaşıb.

Adalet.az xəbər verir ki, "AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,23 dollar və ya 2,14% azalaraq 56,29 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi əsasında "AzeriLight” markalı neftin ortamüddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb.

Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq.