adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Mart 2017 21:30
7872
ƏDƏBİYYAT
A- A+

Azərbaycan poeziya antologiyası özbək dilində

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Müasir Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində çap edilib.

Adalet.az xəbər verir ki, kitabı orjinaldan özbək dilinə tanınmış şair və tərcüməçi Usman Kuçkar, tərcüməçilər Şəhla Qasımova və Samodil Norkabilova çevirib.

Layihənin rəhbəri AMM-nin direktoru Samir Abbasov, tərtibçisi Azərbaycan Dövlət İnformasiya Agentliyinin Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlidir.

Kitab Şəhriyarın "Heydərbabaya salam” poeması ilə açılır. Sonra Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Qənirə Paşayeva, Sona Vəliyeva və gənc şairlərin şerləri verilib. Ümumiyətlə, topluda 73 Azərbaycan şairinin şeri çap olunub.

Xatırladırıq ki, son vaxtlar AMM-in layihəsi ilə Daşkənddə özbək dilində çoxlu kitab çap edilib.