adalet.az header logo
  • Bakı 20°C
02 Mart 2017 21:07
14030
İQTİSADİYYAT
A- A+

Azərbaycan İspaniyaya fındıq satacaq

Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərində keçirilən "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində uğurlu danışıqlar davam edir.

Adalet.az xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan şirkəti İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb və bu sahədə danışıqlara başlanılıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanından olan iş adamları ilə yerli şirkətlər arasında görüş keçirilib, Azərbaycandan Səudiyyə Ərəbistanına ət və ət məhsullarının ixracı ilə bağlı danışıqlar aparılıb. Bu danışıqların nəticəsi olaraq birgə müəssisənin yaradılması məsələləri də müzakirə olunub.

Bundan başqa, iş adamları arasında keçirilmiş görüşlərdə Azərbaycandan Küveytə nar şirələrinin, Dubaya isə quru süd məhsullarının ixracı barədə razılıqlar əldə olunub.