adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Mart 2017 13:45
13266
İQTİSADİYYAT
A- A+

Neft Fondu ABŞ iqtisadiyyatına bu qədər pul yatırıb

"Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) 2011-ci ildən etibarən investisiya portfelinin diversifikasiyasına başlayıb”.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bunu Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirdə SOFAZ-ın icraçı direktorunun müaviniİsrafil Məmmədovbildirib.

Onun sözlərinə görə, portfelinin diversifikasiyası məqsədilə Neft Fondu ABŞ iqtisadiyyatına 6,5 mlrd. dollar yatırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoruVüsal Qasımlıisə bildirib ki, indiyədək Azərbaycan iqtisadiyyatına 200 mlrd. dollar həcmində investisiya yatırılıb ki, bunun da 10 mlrd. dolları ABŞ şirkətlərinin payına düşür.