adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Mart 2017 14:25
6317
ƏDƏBİYYAT
A- A+

Akif Əliyə həsr edilmiş kitab çap olundu

Vaqif Yusiflinin "Akif ƏLİ. Söz adamı” adlı yeni kitabı çap olunub. 

Adalet.az-ın verdiyi məlumata görə, kitab əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin yaradıcılığına həsr edilib.

Müəllif Azərbaycan ziyalısının keçdiyi zəngin ömür yoluna nəzər salaraq, onun çoxşaxəli elmi-ədəbi yaradıcılıq fəaliyyətini tədqiq edib. Vaqif Yusifli qəhrəmanının jurnalistlik fəaliyyətindən, ədəbi-tənqidi məqalələrindən, elmi axtarışlarından, roman, hekayə və esselərindən söz açır.

Akif Əlinin 1990-93-cü illərdəki qəzetçilik fəaliyyəti, Azərbaycan gerçəkliyinin müxtəlif problemlərini əhatə edən publisistik məqalələri, Heydər Əliyevin Azərbaycan dövlətinin qurucusu kimi zəhmətindən bəhs edən düşüncələri kitabın ən maraqlı fəsillərindəndir. Xüsusən Akif Əlinin zəngin illüstrasiyalı "Böyük ömrün anları” kitabından ətraflı bəhs edən müəllif Türk dünyasının iki dahi lideri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Vətən naminə göstərdikləri qəhrəmanlığı, səmərəli və mənalı həyat yolunu işıqlandıran bu dəyərli əsərin yüksək ideya-bədii və mənəvi-əxlaqi əhəmiyyətini vurğulayır.