MÜŞFİQ TUFANI

ƏBÜLFƏT MƏDƏTOĞLU
49263 | 2017-03-01 16:14

O həmişə kimlərinsəyerini dar edib

Songünlərin maraq, həm də bir az haqlı qıcıq doğuran məsələlərindən, mövzularındanbiri də unudulmaz Müşfiqin abidəsi ilə bağlıdır. Hətta o məsələyə dövlət başçısıda münasibət bildirib. Və mən də bir qələm adamı olaraq bu hadisələri izləyirəm.Necə deyərlər, mövzunu diqqətimdə saxlayıram. Elə bu diqqət də birdən-birə yadımaötən ilin ilk günlərində aldığım bir məktubu saldı. Necə deyərlər, söz sözü çəkdiyikimi, məqam da, hadisə də bir-birini çəkdi. Və mən nə vaxtdan bəri yazı masamın üzərində saxladığımhəmin o böyük konverti təkrar açdım. Bu məktub mənə Xızıdan gəlmişdi. Onun müəllifidə çox dəyərli qələm adamı, çox tutumlu söz sahibi olan və yaradıcılığına xüsusidiqqət göstərdiyim şair Ağasəfaya aid idi...…

Bəli,mən Ağasəfa müəllimin yaradıcılığı ilə hələ ötən ilin 80-ci illərindən tanışam.Həm dövrü mətbuatda, həm də əldə etdiyim kitablarında onun sözə yanaşması, sözücilalaması həmişə məndə maraq yaradıb. Və etiraf edim ki, bu günə qədər bir dəfədə olsun onunla üz-üzə gəlməmişəm. Sadəcə, sözünü tanımışam, sözün işığında da özünügörmüşəm. Hətta yaxın dostlarım Bəxtiyar Qaraca və Qəşəm İsabəyli dəfələrlə bu ağsaqqalqələm adamının həyatından danışdıqları maraqlı söhbətlərlə onu mənə bir az da yaxınlaşdırıblar,bir az da doğmalaşdırıblar. Ürəyimdən nə vaxtsa Xızıya qonaq getmək də keçib. Hələnəsib olmayıb. Amma...

Amma kitablarınıyenə oxuyuram. Özü də bu kitabları əldə etməkədə mənə dostlarım, xüsusilə naşirşair Qəşəm İsabəyli daha çox yardım edir. Və mən də təbii ki, oxuduğum hər yenikitabla bağlı içimdən gəlib keçənləri "Ədalət"in oxucuları ilə də bölüşürəm.Elə ötən yazılarımın birində də dəyərli ustad, qələm adamı Ağasəfa müəllimin özünəməxsusbir üslubda yazdığı nəsr kitabı ilə bağlı fikirlərimi oxucularla bölüşmüşdüm. Bundanbir xeyli sonra ustaddan içərisində kitabları olan bir məktub aldım. Bax, o məktubXızıdan gəldiyinə görə, məhz Müşfiq də əslən Xızıdan olduğu üçün özümdən asılı olmadannecə deyərlər, qəflətən həmin məktubu xatırladım...

Bəli,o kitablardan birinin adı "Müşfiq tufanı" adlanır. Az qala ovuc içi boydaolan bir kitabdı. Üz qabığında da Müşfiqin repressiya zamanı çəkilmiş fotosu vəhəmin fotonun üzərində də 1109 rəqəmi. Bütün bunların nə demək olduğunu zənnimcə,oxucuya izah etmək lazım deyil. Çünki az-çoxtariximizi, ədəbiyyatımızı bilənlər repressiyanın və həmin rəqəmin nə demək olduğunubilir. Mən isə...

"Müşfiqtufanı"nı oxuyuram. Bu ovuc içi boyda kitab Müşfiqin ölməz xatirəsinə həsrolunmuş şeirlər və poema toplusudu. İlk misrasındanbaşlayıb son misrasına qədər birnəfəsə oxuduğum 41 səhifəlik kitabın hər sözünün,hər misrasının içərisindən Müşfiq baxırdı. Və mənə elə gəlirdi ki, Müşfiq həminan məni də görür - onun barəsində yazılanları oxuyanı!.. Mən Ağasəfa müəllimin"Müşfiq tufanı"nın ilk bəndinə diqqət yetirirəm.


Səndalğalı bir ümmansan,

Mənsəqətrəyəm

Kiçikdənkiçik.

Səninşeir sarayının qarşısında

Nədirqurduğun?

Çör-çöpdənevcik...



Bəli,bu təkcə etiraf deyil. Bu həm də Müşfiqi təqdim etməkdi. Sadə, səmimi, həm də ciddibir şəkildə. Necə deyərlər, olduğu kimi. Bunun ardınca isə Ağasəfa müəllim yazır:


Üfüqlərsolanda, Günəş batanda

Sakitküçələrlə getdikcə getdim.

Biryol ayrıcına gəlib çatanda

Birürək oxşayan nəğmə eşitdim:


"Ahbu uzun sevda yolu

Vurulurmubaşa, könül?

Nişanaldım kaman çəkdim

Dəydioxum daşa könül".


Məncə,Ağasəfa müəllimin çox ustalıqla öz şeirinə bir körpü kimi, bir bağlantı vasitəsikimi Müşfiqdən gətirdiyi bu iqtibas artıq sözün nədən getdiyini və bunun nədən ibarətolduğunu nişan verir. Və bunun ardıncaoxuduğum şeirlərin elə bir nöqtəsinə gəlib çatıram ki, həmin o nöqtə günümüzün olayıilə bağlıdı. Hətta şeirin adı da belədi:


MÜŞFİQİNİ ABİDƏSİÖNÜNDƏ

Ağasəfa müəllim yazır:


Ay yoldan ötüşən,bu qarlı qışda,

Gəl, Müşfiq şeirininodunda qızın.

Ürək atəşiylə birparça daşda

Bir aləm yaradıbsənin el qızın.


Sənətin istisi, odu tükənməz

Qoy əssin bu külək,qoy yağsın bu qar...

Soyuqdan, şaxtadanqorxmaz, çəkinməz

Müşfiqi ürəkdən sevənadamlar.


Zərifdi, sənətkarəlindən çıxıb

Kövrəkdi isidir daşınnəfəsi.

Sanki şeir deyirdağlara baxıb

Dədə Füzulinin şairnəvəsi.


Bu şeir 1972-ci ilinyanvar ayının 15-də yazılıb. Və mən düşünürəm ki, həmin o zamandan bu günə qədər,daha doğrusu, Müşfiqin abidəsi uçurulana qədər təkcə Ağasəfa müəllim yox, içindəsöz işığı, ədəbiyyat qığılcımı, Müşfiq yanğısı, Müşfiq pıçıltıları olan hər kəso abidənin yanından keçəndə bir anlıq da olsa ayaq saxlayır. Və o bir an ərzindənələri düşünüb bunu demirəm... Amma o bir anda nəfəs dərib, dincəlibdi! Bax, buidi Müşfiq abidəsinin bir xidməti də. Üstəlik, o həm də Müşfiq idi! "Yenə obağ olaydı" deyən Müşfiq! "Oxu tar" deyən Müşfiq!.. Mən əlimdəkiovuc içi boyda kitabın bir səhifəsini da açıram. Burdakı şeirin adına fikir verirəm:


- MÜŞFİQ ÖLMƏYİBKİ...


Müşfiqin ürəyi qaraqəfəsdə

Müşfiqin köksündəqapqara güllər.

Dodağından uçan sonuncusöz də

Yaralı quş kimi dolaşırhələ.


Bu şəkilə baxanlarmin dərdi anlar,

Müşfiqin qəlbinial qan aparar.

Nə dəhşət qurubsaqriqoryanlar

Müşfiqin gözləritufan qoparır.


Yuxumda görürəm bağırqanonu,

Tükənmir qəzəbim,bitmir savaşım.

Böhtan yarasıdı ağrıdanonu,

Ağrın mənə gəlsin,Müşfiq qardaşım!


Zənnimcə, şairinbu sevgiylə, bu yanğıyla yanaşmasının özü də bir poeziyadır... sözə bir sitayişdi...sözə bir tapınmadı... Və mənim indi söylədiklərimlə içimdən gələn fikirləri səsləndirməyimdə öncə baş verən olaya, Müşfiqin ruhuna, həm də Müşfiqin böyüklüyünə ustad şairimizinünvanladığı misralara bir isti, səmimi yanaşmadır. Bu şeirləri iç dünyama köçürməkdi,yaddaşıma yazmaqdı. Və inanın ki, kitabdakı"Qanlı imza" lirik poemasının özü də mənim dediklərimə bir sübutdu.Və mən də Ağasəfa müəllimin adıma göndərdiyikitablardan birinə, məhz "Müşfiq tufanı"na müraciət etməyim də həm narahatetdiyimiz Müşfiq ruhuna bir ehtiramdı, bir xeyirxahlıqdı, həm də Müşfiqin ölümsüzlüyünəinancımın təkrar dilə gətirilməsidi. Və nəhayət...

Bəli, biz bəzən atdığımız addımı düşünmür, dediyimiz sözünçəkisini, yozumunu hesablamırıq. Və sonda daözümüz-özümüzə zərbə vurmuş oluruq, ürək ağrısı yaşatmış oluruq. Düzdü, yelqayadan heç nə aparmır. Amma ürək ağrıdır. Bax, bütün bunlardan sonra mən fikirlərimiyenə Ağasəfa müəllimin misraları ilə bitirirəm.


Bura Müşfiq ocağı,

Bura - görüş yerimiz.

Bura - ana qucağı,

Ziyarətgah bucağı,

Gediş-gəliş yerimiz.

Burda - Müşfiq əbədi

Bura - şəhid məbədi,

Bura - Günəş yerimiz.

Hə, mənə elə gəlirki, Müşfiqin səsi qulağımda indi də səslənir və deyir ki:


Sən (siz - Ə.M.) Müşfiqin yanında

Qal (qalın -Ə.M) sənə  qurban...


Kim necə düşünürdüşünsün, Müşfiq bu xalqın qan yaddaşında, tarixində, ədəbiyyatında və əbədiliyindəqalacaq.




TƏQVİM / ARXİV