adalet.az header logo
  • Bakı 17°C
01 Mart 2017 15:12
16417
ŞOU-BİZNES
A- A+

Türk aktrisa ABŞ-da təzyiqə məruz qaldı

Uzun illərdir ABŞ-da yaşayan türk aktrisa Fadik Sevin Atasoy irqçi hücuma məruz qaldığını bildirib.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə,o, dünən kitab mağazasında yaşlı bir qadının ona "Ölkədən qovulmalısan" dediyini qeyd edib. O, bu barədə İnstaqram hesabında yazıb.

"Qadın yanıma yaxınlaşaraq mənim kimi axmaqların ölkəyə zərər verdiyini və buna görə qovulmalı olduğumu söylədi. Gələcəyimiz təhlükə altındadır".

Qeyd edək ki, Fadik "Ay lav yu", "Merhaba", "Ah kalbim" kimi bir çox filmlərdə və "Dudaktan kalbe", "Ah be İstanbul", "Bizim evin halleri" və s. seriallarda rol alıb.