adalet.az header logo
  • Bakı 18°C
01 Mart 2017 11:55
14448
İQTİSADİYYAT
A- A+

Hövsanda tikiləcək sosial mənzillərin sayı açıqlandı

"Hövsan yaşayış kompleksində təxminən 3100-3300 mənzil olacaq”.

Adalet.az xəbər verir ki, bu sözləri Mənzil İnşaat Agentliyinin direktoruSamir Nuriyevbu gün "Caspian European Club”ın təşkil etdiyi biznes forumda çıxışı zamanı deyib.

"Hövsanda sosial evlərin tikilməsi üçün 20 hektar torpaq sahəsi ayrılıb. 20 hektar ərazinin şəhərsalma standartlarının hazırlanmasına başlanılıb. Bundan sonra isə ərazinin layihə smetasının hazırlanmasına başlanılacaq. Paralel olaraq mühəndis kommunikasiya xətlərinin qoşulması üçün araşdırma aparılır. Müvafiq dövlət orqanlarına məktublar yazılır”.

Qeyd edək ki, Hövsan yaşayış kompleksi Yasamal yaşayış kompleksindən sonra ikinci belə layihə olacaq.