adalet.az header logo
  • Bakı 16°C
01 Mart 2017 11:26
16431
İQTİSADİYYAT
A- A+

Dövlət Toxum Fondu tender keçirir

"Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Toxum Fondu 3-5 ton/saat dənli, 1-2 ton/saat günəbaxan bitkiləri toxumu emal edən fabrikdə avadanlıqların quraşdırılması üçün açıq tender elan edib.

Adalet.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.

İddiaçılar ilkin sənədləri martın 17-nə qədər, tender təklifi və bank zəmanətini isə aprelin 6-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 80 ünvanına təqdim etməlidirlər.

Təkliflərə aprelin 7-si, saat 11:00-da qeyd olunan ünvanda baxıllacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.