QƏHQƏHƏSİ ƏKS-SƏDA VERƏN QƏHRƏMAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
68113 | 2017-02-28 17:52

Redaksiyamızın dəhlizindəneşitdiyim həlim bir səs diqqətimi çəkdi. Hiss etdim ki, bu səsin sahibi yurdnisgili, vətən acısı yaşayan insandı. Amma düzünü deyim ki, dəhlizə çıxmağa çoxda maraq göstərmədim. Çünki bilgisayarda yazı diktə edirdim. Elə bu vaxt"Ədalət"in sahibi, millət vəkili Aqil Abbasın səsini eşitdim:

- Əbülfət, Əbülfət...…

Yazını yarımçıqsaxlayıb bu çağırışa tərəf addımladım. Dəhlizdə Aqil müəllim, eləcə də onun köməkçisiRüstəm Hacıyev qoltuğunda qovluq olan bir xanımla söhbət eləyirdilər,yaxınlaşdım və Aqil müəllimdən elə ordaca tapşırıq aldım:

- Bu xanım Xosrovunqızıdı. Söhbət elə və bir yazı yaz...…

- Baş üstə! - deyibxanımın mənə tərəf uzatdığı qovluğu götürdüm. Və şərtləşdik ki, sənədlərlətanış olum, sonra söhbət edərik. Amma yenə açığını deyim ki, sənədlərlə tanışolandan sonra içimdə əlavə söhbətə o qədər də ehtiyac duymadım. ÇünkiQarabağda, xüsusilə Ağdamda hər kəsin yaxşı tanıdığı, adı dillər əzbəri olan vəmüharibənin daş dövründən tutmuş 1992-ci ilin fevralına qədər olan hadisələrdəmənim də tanıdığım Xosrov Məmmədov barəsində içimdə xeyli bilgilər var idi.Bildiklərim və bir də xatırladıqlarım, eləcə də oxuduqlarım mənə imkan verdiki, yenidən o günlərə qayıdım... yenidən Ağdama, Şelli kəndinə üz tutum...… Onagörə Şelli kəndini deyirəm ki, Xosrov Məmmədov məhz bu kənddə 1949-cu ildədoğulmuşdu. Ömür yolunun çox böyük hissəsi məhz bu kəndlə, Ağdamla bağlıolmuşdu Xosrov Məmmədovun.

Ömür kitabını vərəqləyəndəbu insanın təkcə boy-buxunu, bir Allah bəndəsi olaraq vücudu diqqəti çəkmir. Həmdə onun cəsarəti, qətiyyəti, kişiyana verdiyi qərarlar və bir az da zəhmi özünüdiqqət mərkəzinə gətirir. Baxıb görursən ki, çox sadə bir həyat yaşayan, ammagördüyü işlə, atdığı addımla halal insana, həqiqi kişiyə mənsub çalarlardı. Eləona görə də Ağdamda su idarəsində çalışanda hərdən öz-özünə sual verirdi ki,gördüyüm iş görəsən mənim boy-buxunumla, qolumun gücüylə, ürəyimin təpəriylə nəqədər uyğun gəlir? Axı, adi bir su işçisinin bu cüssəsi belə baxanda hardasa müəyyənuyğunsuzluq yaradırdı. Lakin o, özünün iç dünyasına və sığındığı Allahına üztutanda anlayırdı ki, torpağı suvarmaq, evlərə su vermək bir yaşıllıqyaratmaqdır bir səliqə-səhmandı, ürəyəbir sərinlik bağışlamaqdı...… bir cadar torpağı, bir çatlayan dodağı həminsu ilə islatmaq... ona həyat bağışlamaqdı... Deməli, böyük anlamda, böyükdüşüncədə əslində Xosrov Məmmədov torpağa, insana həyat vermək missiyasını özüzərinə götürmüşdü. Və bunu da ürəklə, vicdanla, heç kimdən tapşırıq gözləmədənicra edirdi. Ona görə də dostlarının da, həmkəndlilərinin də, elə çalışdığıkollektivin də yanında xətri, hörməti əziz idi. Hamı onun yolunu saxlayır, dəyərini,qədir-qiymətini bilirdi. O da göstərilən etimada, ayrılan diqqətə həmişə sayğıilə cavab verirdi...

Bu günün özündə dəfikirləşirəm ki, adi bir peşə sahibinin el-obada bu qədər xətir-hörmət qazanması yalnızAllahın hikmətidi, yalnız böyük Yaradan bu sadə peşə adamını insanların diqqətmərkəzində saxlamışdı və onun şəxsiyyətiylə, həyatıyla elə bir harmoniyayaratmışdı ki, hamı onu görürdü, sevirdi. O da hamıya elə həmin oistiqanlılıqla, hörmətlə də yanaşırdı. Ona görə də hadisələrin ilk günündənXosrov öndə oldu. Ağdamı, Şellini, bütövlükdə Dağlıq Qarabağın azərbaycanlılaryaşayan kəndlərinin qoruyucusuna, sipərinə çevrildi. Onu heç kim hansısa bir əmrləirəli çəkmədi... ona heç kim rəsmi tapşırıq vermədi... O öz ürəyiylə, özruhuylu onsuz da öndəydi, qabaqdaydı və elə ağır günlərin ilk anında yenə öndədayandı. Başını qaldırıb ətrafına baxanda ona güvənənlərin ətrafında dayanıb əmrgözlədiyini gözaltı süzdü və...

İndi o, özünü müdafiə dəstənininkomandiri idi.. Artıq o, könüllü şəkildə özünü odun-alovun içərisinə atmışdı...İndi o, könüllü şəkildə atəşə tutulan evlərin, maşınların, adamların hayına tələsirdi...Gah Malıbəylidə olurdu, gah Quşçularda, gah Kərkicahanda, gah Aranzəmidə, gahNaxçıvanikdə, gah Ağbulaqda, gah Qarakənddə, gah Əmralılarda, gah Xramortda...Bir sözlə, bu artıq gəzən, dinclik bilməyən, rahatlığını itirən kəşfiyyatçıkomandir idi. Ona görə də adamlar onu həm informasiya mənbəyi kimi, həm hadisələriniştirakçısı və şahidi kimi, həm də cəsur bir döyüşçü kimi hər yerdəaxtarırdılar, hər yerdə onun özünü, sözünü görmək, eşitmək istəyirdilər. O da buistəyə doğru tələsirdi...


Bəli, artıq ermənilər dəXosrov Məmmədovun, yəni Şelli Xosrovun necə bir komandir, necə bir döyüşçüolduğunu bilirdilər. Ona görə də düşmən Xosrovu aradan götürmək barədə planlarqurur, təxribatlar hazırlayırdı. Və hərdəfə də onu bu təxribatlardan həm ağıllı qərarları, həm də Allah qoruyurdu.Çünki o, haqq işi görürdü... çünki o, torpağını qoruyurdu... çünki o, xalqının,millətinin qoruyucusu idi. Haqqı qoruyanı da təbii ki, Yaradan özü də qoruyur.O vaxta qədər ki, içindəki istək, içindəki qərar təklənməsin, köməksiz, arxasızqalmasın... Hadisələrin gedişi göstərirdi ki, səngərdə olanlar, döyüşənlər, vətəninamusu, şərəfi sayanlar təklənirlər, unudulurlar. Çünki ölkənin paytaxtı BakıdaQarabağın yox, vəzifənin savaşı gedirdi. Qarabağı xilas etmək vəzifə borcuolanlar vəzifələrini qorumaq üçün özlərini oda-közə vururdular. Xosrov Məmmədov,eləcə də onun digər silahdaşları isə səngərdə idilər...

Xosrov Məmmədov əraziniyaxşı tanıdığından düşmənin hərəkət istiqamətlərini tez-tez nəzarətə götürür,onları çətin duruma salmaq üçün körpüləri, yolları minalayır, qurduqlarıplanları alt-üst edirdi. Onun bu qəhrəmanlığı məhv etdiyi obyektlər, canlı qüvvə,hərbi texnika, bir sözlə, düşmənə aid nə varsa, özü-özlüyündə Xosrovun döyüşyolunu cilalayır, onun qəhrəmanlıq dastanına yeni səhifələr əlavə edirdi...

1992-ci ilin fevralayının 26-sı. 366-cı alay və onlarla birlikdə Xocalıya hücum edən ermənilər buqədim yaşayış məntəqəsini odlara qalamışdılar. Dinc sakinlərin, qadın, uşaq vəqocaların fəryadı göylərə bülənd olmuşdu. Belə bir vəziyyətdə Xosrov Məmmədovoturub gözləyə bilməzdi. Başının dəstəsiylə Xocalıya köməyə tələsən Xosrov eləilk həmlədə Qaraqayada düşmənin bir ədəd BTR-ni məhv etdi. Sonra ona xəbər çatdırdılar ki, xeyli sayda uşaq,qadın, qoca Xocalıdan qaçıb Əsgəran körpüsünün yaxınlığındakı tövləyəsığınıbdı. Və onlar diri-diri məhv olmağa məhkumdular. Xəbər onu bir az daözündən çıxardı. Sanki yeri-göyü oda qalamaq, yerdən, göydən intiqam almaq qərarıylaözünü həmin yerə çatdırdı. Tövlənin qapısını qırıb adamları xilas etdi. Bu vaxtartıq böyük sayda canlı qüvvə ilə hücuma keçən düşmən körpüyə yaxınlaşırdı.Xosrov Məmmədov güllə səsləri altında bir qadın fəryadı eşitdi. O, bir anlıqdonub yerində dayandı və...

Özünü səs gələn tərəfəatıb gördüyü mənzərədən sarsıldı. Üç erməni saqqalısı bir qadına işgəncə verdi.Əli tətiyə getdi. Düşmənin ikisi yerindəcə qaldı. Üçüncü yaralı halda qaçmağabaşladı. Atılan güllələrdən özünü qorumayan Xosrov yaralansa da, qaçan düşmənitutmaqda israrlı idi...

Həmin döyüş məqamınıncanlı şahidlərindən biri olan Xosrovun köməkçisi "Malış" sonradankövrələ-kövrələ, qəhərlənə-qəhərlənə danışırdı ki, mən onu saxlayıb yarasınısarımağa nə qədər cəhd etsəm də, imkan vermədi. Sinəsindən axan qana məhəlqoymadan üçüncü ermənini də nişan aldı. Bu vaxt daşların arasında gizlənmişdüşmənin sərrast atəşi onun ürəyini paraladı. Amma diz çökdürə bilmədi. O bütüngücünü toplayıb dedi:

- Malış, kişi belə məqamdaağlamaz! Gülər! Eşitdinmi! Gülər!..

Elə bil dediyi sözləringerçəkliyini, vacibliyini, həqiqi olduğunu göstərmək istədi. Və elə bir qəhqəhəçəkdi ki, ona yaxınlaşmaq istəyən düşmən də vahimələndi. Bu gülüş düşmənincanına qorxu saldı. Və Xosrov Məmmədov batan günəş kimi yavaş-yavaş qürubetdi...

Bəli, bu gün "AzərbaycanBayrağı" ordenli Xosrov Məmmədovun keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlarbir tarixdi. Özü də qəhrəmanlıq tarixi! Bu tarix göstərir ki, yeri Tanrı dərgahıolan şəhidlər, qəhrəmanlar ölmürlər. Onlar ürəklərdə, yaddaşlarda, eləcə də ürəkvə yaddaş şahidlərinin yazdıqları tarix kitablarında yaşayırlar. Dünəndə beləolub, bu gün də belədi, sabah da belə olacaq. Ölümsüzlük qazananlar Allahınsevdikləridi. Allahın sevdiklərini yaşadanlar da biz insanlarıq. Nə qədər Azərbaycan var, nə qədərazərbaycanlılar var, bu qəhərmanlar da, o cümlədən Şelli Xosrov da yaşayacaq.Çünki yaşamaq haqqını ona Allah verib!

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV