adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Fevral 2017 15:16
8680
MƏDƏNİYYƏT
A- A+

“Azərxalça”nın əmlakları növbəti dəfə hərraca çıxarılacaq

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.

Bu barədə komitədən Adalet.az-a bildirilib.

Hərrac prosesində 5-i kiçik dövlət müəssisə və obyekti, 5-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 10 əmlak özəlləşdirilib.

Bu əmlakların 7-si Bakı şəhərində, 3-ü isə digər şəhər və rayonlarda yerləşir. Regionlarda özəlləşdirilən müəssisələrə Mingəçevirdə yerləşən 31 saylı Mebel təmiri sexi, Yardımlı və Şəki şəhərində yerləşən qeyri-yaşayış binaları aiddir.

Hərracda özəlləşdirilən müəssisələr əsasən paytaxtın Sabunçu, Suraxanı, Nəsimi, Nərimanov, Xətai rayonlarında yerləşir. Özəlləşdirilən müəssisələr müxtəlif təyinatlı olmaqla, əsasən sənaye, xidmət, ictimai iaşə sahələrini əhatə edib.

Qeyd edək ki, komitənin növbəti hərracı martın 7-də keçiriləcək. Bu hərraca 17-i kiçik dövlət müəssisəsi, 21 səhmdar cəmiyyətinin səhmləri, habelə 36 istifadəsiz qeyri-yaşayış sahəsi, ləğv edilmiş "Azərxalça” Elmi-Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı çıxarılacaq.