adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Fevral 2017 21:54
9278
ƏDƏBİYYAT
A- A+

Gənc yazarların almanaxı nəşr olundu

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran "Yeni söz" adlı ədəbiyyat almanaxı nəşr edib.Tərcümə mərkəzinin mətbuat xidmətindən Kulis.Aza verilən məlumata görə, kitabda 90-cı illərinin sonlarından bugünümüzədək ədəbi fəaliyyəti ilə seçilən gənc, istedadlı ədiblərin əsərləri - şeir və hekayələri yer alıb.

Nəşrin məqsədi, Azərbaycanın yeni ədəbiyyatının mənzərəsini təqdim etmək, gənc, istedadlı ədibləri ölkədə tanıtmaqdır. Gələcəkdə gənc müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq, Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması istiqamətində olan layihələrdə təmsil edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, almanaxın ön sözünün müəllifi tanınmış tənqidçi Əsəd Cahangirdir.