adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Fevral 2017 22:54
6705
DÜNYA
A- A+

İsrail Qəzzanı bombaladı

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza sektorunda HƏMAS təşkilatının mövqelərinə zərbələr endirib.

Adalet.az xəbər verir ki, bu haqda "The Jerusalem Post” nəşri bildirib.

Nəşrin yazdığına görə, aviazərbələr Qəzzadan İsrail ərazisinə bir neçə raketin atılmasına cavab olaraq endirilib. Raketlər İsrail ərazisində boş əraziyə düşüb. Nəticədə heç kim zərər çəkməyib.

İsrail ordusunun bəyanatında deyilir ki, belə atəşlər ölkə vətəndaşlarının təhlükəsizliyini və həyatını hədələyir, həmçinin dövlət müstəqilliyini pozur.

Fələstin mənbələrinin məlumatına görə, aviazərbələr nəticəsində dörd nəfər yaralanıb.