adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Fevral 2017 19:34
115796
GÜNDƏM
A- A+

PENSİYADASAN, GET PENSİONERLİYİNİ ELƏ DƏ...

İndi hamı hərbi ekspert olub. Az qala hərbi ekspertlərin sayı zabitlərimizin sayı qədərdi. Xüsusilə də ehtiyatda olan bəzi zabitlər qəzetlərin, saytların səhifələrindən düşmürlər, hər bir hərbi məsələyə yüz ilin ekspertləri kimi münasibətlər bildirirlər. 

Ay qardaş, pensiyadasan, get pensionerliyini elə də. İndi bir pensiyaçı polkovnik Xətai , familiyası deyəsən Baxışovdı, hansısa sayta nəsə deyib, ermənilər də onun sözlərini manşetlərə daşıyıblar. Nə isə deyəndə, guya deyib ki, ermənilər iki kilometr irəliləyib filan istiqamətdə. İndi də daş atıb başını tutur ki, mən belə söz deməmişəm. Sən demisən-deməmisən, ermənilər artıq öz manşetlərini bəzəyiblər. Yaxşı, deməmisən, həmin saytı ver məhkəməyə. Bu, öz yerində. Yaxşı, indi gələk dediyin başqa bir fikrə. 

Deyirsən ki, ermənilər Dağlıq Qarabağın bizdə olan yeganə ərazisi Nərgiztəpəni ələ keçirmək istəyirlər, çünki həmin təpəni ələ keçirsələr, Füzuli-Beyləqan, Füzuli-Ağcabədi, nə bilim, Füzuli-Ağdam yolunu nəzarətə götürə bilərlər. Birincisi, yaxşı hərbçi olsan bilərsən ki, Nərgiztəpə Dağlıq Qarabağın bizdə olan yeganə ərazisi deyil. Hələ 92-93-cü illərdə Tərtər batalyonu Ağdərənin on bir para kəndini ermənilərdən azad eləmişdi ki, bunun beşi də böyük kənddi və şükürlər olsun ki, bizdədi həmin ərazilər. İkincisi, xəritəni bir qoy qarşına, bax gör Nərgiztəpədən Füzuli (Horadiz)-Beyləqan, Füzuli-Ağcabədi, Füzuli-Ağdam yolunu nəzarətə götürmək olar, yoxsa yox? Həmin bölgəni tanımayanlara niyə dürüst olmayan məlumat çatdırırsan? Yaponiya ona görə qüdrətli dövlətdi ki, orda hər kəs öz işiylə məşğul olur!