adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Fevral 2017 20:00
4865
MƏMLƏKƏT
A- A+

Paytaxtın Nərimanov prospekti təmirə bağlanır

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur.

"Azəravtoyol” ASC-dən Adalet.az-a verilən məlumata görə, bu işlər çərçivəsində fevralın 28-dən etibarən avtonəqliyyat vasitələrinin sözügedən prospektlə hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi”nə qədər olan hissədə tətbiq ediləcək.

Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq.

"Azəravtoyol” ASC bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.