adalet.az header logo
  • Bakı 20°C
27 Fevral 2017 18:46
6558
DÜNYA
A- A+

Suriyada “Əl-Qaidə”nin rəhbərinin müavini məhv edildi

Suriyada ABŞ-ın HHQ tərəfindən endirilən aviazərbə nəticəsində "Əl-Qaidə” terror şəbəkə lideri Aymana az-Zavaxirinin müavini məhv edilib.

Adalet.az xəbər verir ki, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqi ilə məşğul olan SITE saytı məlumat yayıb.

Qeyd edilir ki, "Əl-Qaidə”ninSuriyadakı qolunun rəhbəri Əhməd Həsən Abu əl-Hayr əl-Masri İdlib əyalətində məhv edilib.

ABŞ və müttəfiqləri 2014-cü ildən İraq və Suriya ərazisində terrorçulara qarşı birgə mübarizəyəbaşlayıblar.