adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Fevral 2017 18:40
5396
MƏMLƏKƏT
A- A+

Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb

Həftəsonu Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunub.

Adalet.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, şimal-qərb küləyi ötən gün paytaxtda daha da güclənib.

Onun sözlərinə görə, fevralın 26-da küləyin sürəti saniyədə 30-32 metrə çatıb:

"Bu gün arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunub. "Küləklər şəhəri” deyilən Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub".