adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Fevral 2017 17:21
6267
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycan Dillər Universitetində yeni təyinatlar olub

Azərbaycan Dillər Universitetində (ADU) yeni təyinatlar olub

Universitetin İnformasiya Departamentindən Adalet.az-a verilən məlumata görə, rektor vəzifəsini icra edən professor Əfqan Abdullayevin əmri ilə Samir Sabir oğlu Həmidov Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin, Vüsalə Elxan qızı Ağabəyli Filologiya və jurnalistika fakültəsinin, Zarina Natiq qızı Aslanova Tərcümə fakültəsinin, Fikrət Fətiş oğlu Cahangirov isə Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı vəzifəsinə təyin olunublar.

"Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na müvafiq olaraq yaradılmış seçim komissiyası tərəfindən bir ay müddətində müraciət etmiş namizədlərin sənədləri araşdırılıb, onlarla müsahibələr təşkil olunub və müvafiq qərar qəbul edilib.