adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Fevral 2017 13:35
6168
SİYASƏT
A- A+

Böyük Britaniyada Xocalı şəhidləri anılıb

Böyük Britaniyanın Aberdin şəhərində Aberdin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Adalet.az-ın məlumatına görə, mərasimdə Aberdin Azərbaycan Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəmiyyətinin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilib.