adalet.az header logo
  • Bakı 20°C
27 Fevral 2017 12:42
5336
MƏMLƏKƏT
A- A+

“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

"Azərsun Holdinq ”Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.

Adalet.az xəbər verir ki, tədbirlər çərçivəsində Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozal, və Şirkətlər Qrupunun digər əməkdaşları dünyasını dəyişmiş günahsız insanların əziz xatirəsinə ucaldılmış Xocalı abidə kompleksini ziyarət edib, abidə önünə əklil qoyublar. Qeyd edək ki, "Azərsun Holdinq" mütəmadi olaraq Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə müxtəlif layihələr reallaşdırır.