adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Mart 2017 21:54
26313
ŞOU-BİZNES
A- A+

Dərmanlarına ayda 40 min xərcləyir

"Dağınıq skleroz" xəstəliyindən əziyyət çəkən müğənni Sərdar Ortaçın yenidən müalicəyə başladığı bildirilib.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, pop ulduzunun qəbul etdiyi dərmanlara ayda 40 min lirə (təxminən 20 min manat) xərclədiyi üzə çıxıb.

2014-cü ildə bu xəstəlik səbəbindən yatağa düşən müğənni son günlərdə verdiyi açıqlamada tamamilə sağaldığını desə də, 47 yaşlı sənətçinin buna görə xaricdən xüsusi dərmanlar aldığı öyrənilib.

Müalicəsinə iynə ilə davam edən ifaçının bunu dayandırarsa, yeriməkdə çətinlik çəkə biləcəyi də qeyd edilib.