ANA SƏHİFƏ / YAZARLAR

Oğru dünyasına necə düşdüm? - I YAZI

29328    |   2017-02-27 11:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir gün avtobus dayanacağında boş-bekar dayanmışdım. Yolun kənarında əllərim qoynumda dayanıb şütüyən maşınlara baxırdım. Eynək taxmağa başlayandan adamlardan uzaqlaşmışdım. Hərdən universitetə ilk qəbul olunduğum günün sevincini xatırlayırdım. İndi isə o sevinc ötüb keçmişdi, tələbə olmağıma görə peşiman idim. Nifrət edirdim auditoriyaya, müəllimlərə, imtahanlara...


Yekəxana, ərköyün oğlanların, qızların kasıb tələbələrə yuxarıdan aşağı baxmaqları günü-gündən əsəblərimə toxunurdu. Bezmişdim. Elə bil məni bir üzüyün içinə atmışdılar. Nə qədər çabalasam da, çıxa bilmirdim. Həm bir yandan düşünürdüm ki, oxumaq lazımdır, həm də o bir tərəfdən universitet ağzını açmış div kimi görünürdü mənə. Ora getməyə qorxurdum...


Fikirlərin içində itib batmışdım. Bu vaxt qonşumuz Haqverdi yaxınlaşdı. Salamlaşdıq. Əlindəki təsbehini görüb bir az kənara çəkildim. Belə adamlarla həmsöhbət olmaq ürəyimcə deyildi. Haqverdi məhəllədə bir uşağı döydüyündən danışırdı. Oğlanın ağzını-burnunu qırmış, daha sonra onun söhbətinə gələn oğlanları da yaxşıca əzişdirmiş, iş böyüyüb polisə getmiş... Zərrəcə marağım yox idi, ancaq açığı ondan çəkindiyimdən yalandan da olsa söhbətinə dəhşətli marağım olduğunu göstərməliydim. Haqverdi bir az keçəndən sonra söhbətini yekunlaşdırıb əlini çiynimə qoydu:

- Ğağaş siqeytin ola bəlkə?

Cibimi eşələdim, əyilmiş bir siqaret giləsi tapıb ona uzatdım. Acgözlüklə götürüb yandırdı. Haqverdinin saçları gözlərinə tökülmüşdü, tez-tez əsəbi halda arxaya atırdı. Təsbehi şaqqa-şaq şaqqıldadırdı. Başındakı papağı da onu əsl oğrulara oxşadırdı. Məhəllədəki söz-söhbətlərin içində həmişə Haqverdi də olardı. Atası Rusiyada işləyirdi. Haqverdi isə avaranın biri, o tin sənin, bu tənim mənim gəzib dolanır, anasının sözünə də baxmır, bəzi günlər evə də getmirdi. Onun bu cür "qəhrəmanlıq”ları mükafatsız qalmırdı, məhəllənin söz sahiblərinin yanında "blat”ı qalxır, yaşca balacalar ona hörmət eləyir, könlünü xoş tutmaq üçün cibinə siqaret alıb qoyurdular. Balaca uşaqlar isə Haqverdidən it kimi qorxurdular, harda görürdülər dabana tüpürürdülər.


Ordan-burdan söhbət elədik. Mənim kefsiz olduğumu görüb dilləndi:

- Nə olub, bratan?

- Ə, bezmişəm e universitetdən. Hamısı özünü dartır. Guya bir zibildilər da...

- Brat, sənə artıq-əksik söz deyən oğlanın var-yoxunu...


Onun söyüş söyməyi elə bil mənim də içimdəki çarəsizliyi aradan qaldırdı. Qəzəbimi, getdikcə artan gərginliyimi söyüşlərlə azaltmağa çalışdım. Gördüm ki, hər söydükcə Haqverdinin xoşuna gəlirdi.

Biz söhbət edən zaman qara bir "Jiquli" dayanacaqda saxladı. Qara paltolu, saqqalı bir kişi düşdü. Yanımıza gəlib Haqverdi ilə hal-kef tutdu. Sonra mənimlə də tanış oldu. Bu qara paltolu kişi 20 il həbsdə yatan oğrulardan olmuşdu. Adı da Fərhad idi. Hər kəs ondan qorxurdu. Deyirdilər ki, cibində silah gəzdirir. Fərhadın bir ayağı axsayırdı, üzündə də çapıq vardı. Məhəllənin arvadları onu görəndə üz-gözlərini turşudur, kişilər isə ona hörmətlə yanaşırdılar. Nədənsə ondan xoşum gəlirdi. Həmişə tanış olmaq üçün can atırdım. Hər dəfə isə onu görəndə dilim topuq vururdu.


Bizi maşınına dəvət elədi. Əyləci bərk sıxıb bir siqaret yandırdı. Tüstü maşının içini duman elədi. Maşın sürətlə şütüyürdü. Öskürdüm. Maşının içində köhnə-kürüş dəmir parçaları gözə çarpırdı. Haqverdi tez-tez Fərhada "həə əmi, yaxşı, yaxşı” deyirdi. Fikirli olduğumdan onların söhbətlərini qırıq-qırıq eşidirdim.


Az keçmədi qara "Jiquli" kafenin yanında saxladı. Kafedəki adamlar bizə tərəf yaxınlaşıb Fərhadla salamlaşdı. Bizi ədəb-ərkanla içəri dəvət etdilər. Süfrəyə naz-nemət gəlməyə başladı. Öz-özümə düşündüm ki, burda mənim nə işim var? Sonra rahatlandım. Universitetdəki loğva adamlardansa burdakılar mənə hörmətlə yanaşırdılar. Özümü tanınmış mafiya babası kimi hiss edirdim. Bircə silahım əksik idi.


Fərhad papağını stola qoyub dilləndi:

- Ataş, nöşün, danışmırsan, olmaya qız-zad istiyirsən?

- Qızlar üz vermir mənə.

- Sənin kimi "zdarovu” oğlana qız yoxdu bəgəm? Ürəyin qız istəyir, əminə de, aparsın səni bazlığa. Düz demirəm Haqverdi?

Haqverdi təsdiqlədi:

- Hə, əmi, elədir.

Elə bu vaxtı üç-dörd adam Fərhada yaxınlaşıb pıçıldaşdılar. Bu vaxt atamdan zəng gəldi. Sakit bir yerə çıxıb telefonu qulağıma tutdum:

- Ayə hardasan? Gəl öyə...

- Yaxşı, dədə bu saat gəlirəm.

Xudafizləşib aradan çıxmaq istəyirdim. Fərhad mənə baxıb güldü.

- Mama uşağısan sən?

- Yox... – mızıldandım. – Niyə ki?

- Bu saatda evə gedərlər, qaqulya? 9 deyil e heç...

Bayaq üç nəfər idik, indi xeyli adam toplaşmışdı. Hamı mənə ələ salırmış kimi baxırdı. Bu xoşuma gəlmədi. Telefonu söndürüb dedim ki, heç yerə getmirəm... Fərhad kürəyimə vurdu:

- Bu oğlanda iş var... – dedi yanındakılara...


ardı var...



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK