Türkiyədəki təmsilçilərimizin uğursuz günü
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında növbəti oyunlar keçirilib.
Adalet.az saytının məlumatına görə, XVIII tur çərçivəsində milli komandamızın üzvü Yana Kulanın şərəfini qoruduğu "Çanakkale Bld.” öz meydanında "Bursa Bşk. Bld.” ilə qarşılaşıb.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yana matçı 3 xalla başa vurub.
Kseniya Poznyakın komandası "Beşiktaş” isə "Seramiksan”ı qəbul edib. "Qara qartallar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşan matçda Poznyak xal qazana bilməyib.
Qeyd edək ki, 18 oyundan sonra aktivində 28 xal olan "Çanakkale Bld.” 6-cı, "Beşiktaş” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03