Hindistanda yol qəzası:16 ölü, 50 yaralı
Hindistanın Meqxalaya ştatında insanları daşıyan yük maşını aşıb.
Adalet.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 16 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.
Hadisə zamanı yük maşınında 70 nəfər olub.Qəzanın səbəbi sürücünün idarəetməni itirməsi olub.