adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Fevral 2017 21:07
5489
İDMAN
A- A+

“Neftçi” Xocalı qurbanlarını yad etdi

Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrdən biridir. XX əsrin faciəsi olan Xocalı soyqırımı zamanı yüzlərlə insan erməni vəhşiliyinin qurbanına çevriliblər. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu gün Xocalı soyqırımından 25 il ötür.

Bununla əlaqədar olaraq "Neftçi”nin kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edib. Klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər.