adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Fevral 2017 14:39
7651
DÜNYA
A- A+

13 məhbus həbsxanadan qaçdı

Filippində narkotik alverində ittiham olunaraq tutulan 13 məhbus həbsxanadan qaçıb.

Adalet.az xəbər verir ki, bu barədə Frans-Press Agentliyinə yerli narkotiklə mübarizə idarəsindən məlumat verilib. Belə ki, hadisə Filippinin San-Fernando şəhərində, paytaxtın şimalında yerləşən həbsxanaların birində baş verib. Onlar metal dəmirləri mişarla kəsərək oradan qaçıblar. Hadisə ilə bağlı əməliyyat-axtarış işləri davam edir.