adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Fevral 2017 12:17
4277
GÜNDƏM
A- A+

“Müharibə başlayarsa, bütün məsuliyyət Ermənistan rejiminin üzərinə düşəcək”

"Biz istəyərdik ki, münaqişənin həllinə cəlb olunmuş ölkələr, həmsədrlər və Minsk qrupunun digər üzvləri, dünyanın aparıcı dövlətləri Ermənistanın çirkin məqsədlərindən nəticə çıxarsınlar və onu sülhə vadar etsinlər”.

Adalet.az-ın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, Azərbaycanın hərbi potensialı düşmənin istənilən həmləsinə cavab verməyə imkan verir: "Ermənistan sülhə vadar edilməsə, işğalçılıq siyasətindən əl çəkməsə və torpaqları geri qaytarmasa, biz digər üsullardan istifadə edib, torpaqlarımızı azad etməliyik. Biz buna çox yaxınıq. Mən inanıram ki, yaxın dövrdə danışıqlar prosesində əlavə təkan, əlavə siyasi impuls olmalıdır. Bunun nəticəsində Ermənistanı sülhə gətirmək mümkün olmasa, regionda yeni münaqişənin başlanmasına görə bütün məsuliyyət Ermənistan rejiminin üzərinə düşəcək”.