adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Fevral 2017 21:53
10708
ƏDƏBİYYAT
A- A+

Eyvaz Əlləzoğlunun ölümündən altı il keçir

Bu gün mərhum yazıçı Eyvaz Əlləzoğlunun ölümündən altı il keçir.

Adalet.az xatırladır ki, Eyvaz Əlləzoğlu 1956-cı ildə Gürcüstanın Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olub, Tiflis Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

O, 1980-ci ildən dövrü mətbuatda hekayələri və publisistik yazıları ilə çıxış edib. Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərən Eyvaz Əlləzoğlu "Gürcüstan", "Borçalının səsi", "Ekspress" və "Xəzər" mətbu orqanlarında əməkdaşlıq edib.

O, publisistik fəaliyyəti dönəmində "Olaylar", "Borçalının səsi", "Ekspress" və digər qəzetlərlə Gürcüstanın siyasi həyatı ilə bağlı analitik yazılar yazıb.

Eyvaz Əlləzoğlu 1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində ikinci katib kimi fəaliyyət göstərib.

Onun ssenarisi əsasında "Ov" cizgi filmi ekranlaşdırılıb. Gürcü dilindən Qoderzi Çoxelinin, Revaz İnanişvilinin, Naira Gelaşvilinin və digər müasir gürcü yazıçılarının əsərlərini dilimizə çevirib.

Tanınmış yazıçı "Əli və Nino" kitab mağazasının təşkil etdiyi Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunub.