adalet.az header logo
  • Bakı 19°C
25 Fevral 2017 22:37
7088
DÜNYA
A- A+

İŞİD bu qəsəbəyə geri döndü

Şimaldan türk ordusunun, cənubdan isə Suriya qüvvələrinin hücumları nəticəsində Tadif qəsəbəsindən çıxan İŞİD-çilər yenidən buraya qayıdıb.

Adalet.az xəbər verir ki, yerli mənbələr terrorçuların 24-ə saat ərzində Tadifə geri döndüyünü bildirib.

Buna səbəb kimi hər iki tərəfdən həyata keçirilən əməliyatların bir müddət dayandırılması göstərilib.

Qeyd edək ki, "Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl Bab şəhərinin böyük bir qismi terrorçulardan təmizlənib.