Paytaxt klubunda rekord
Hollandiyanın "Ayaks” klubunun qapıçısı Andre Onana komandasının tarixinə düşüb.
Adalet.az-ın məlumatına görə, kamerunlu qolkiper ardıcıl 7 quru oyun keçirib.
Bu, Amsterdam klubunun rekordunun təkrarıdı. Onanaya qədər paytaxt təmsilçisində heç bir qapıçı 7-dən artıq matçda qapısını toxunulmaz saxlamayıb.
5 çempionat və 2 avrokubok görüşündə qol buraxmayan afrikalı artıq növbəti matçda mütləq rekordçu ola bilər.