adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Fevral 2017 21:39
11265
MARAQLI
A- A+

Hər gün yüzlərlə heyvanı ölməkdən xilas edir

Patrik Kilonzo Mvalua adlı şəxshər gün yüzlərləheyvanı ölməkdən xilas edir.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Kilonzo Şərqi Afrikanın Keniya Respublikasında yerləşən milli parka hər gün su daşıyır. Bir ildir ki, bu şəxs heyvanların susuzluqdan ölməsinin qarşısını alır.

Patrik hər gün bir neçə saatını bu işə sərf edir. Bunun üçün böyük avtomobil kirayə götürən Kilonzonu artıq bütün heyvanlar tanıyır. Bir müddət əvvəl internetdə Patrikə yardım kampaniyası başladılıb. Bu günə kimi 18 min dollar yığılıb. Patrik bu pulla daha bir su daşımaq üçün maşın alacaq.

Mvalua hər gün eyni zamanda məktəblərə gedir, uşaqlara heyvanları qorumaq üçün dərslər keçir.