adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
25 Fevral 2017 15:03
8166
DÜNYA
A- A+

Romada atışma - 4 nəfər yaralanıb

Romanın cənubunda atışma baş verib. Trend xəbər verir ki, paytaxt İdarə Polisinin məlumatına görə, atışma nəticəsində 4 nəfər xəsarət alıb.

Məlumatda deyilir: "Atışma baş verib. Nəticədə 3 italyan və bir ispaniyalı olmaqla 4 nəfər yaralanıb. İnsident barədə əlavə məlumat veriləcək".

"La Repubblica" qəzetinin yaydığı məlumata görə, atışma səhər saatlarında, yerli vaxtla 5 radələrində baş verib. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerində hüquq-mühafizə əməkdaşları işləyir. Atışmanın ilkin səbəbi olaraq mübahisə ehtimal edilir.