adalet.az header logo
  • Bakı 17°C
24 Fevral 2017 21:45
6769
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanında F-16 qəzaya uğradı

Səudiyyə Ərəbistanının Nəcran şəhəri yaxınlığında İordaniyaya məxsus F-16 qırıcısı qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, təyyarənin texniki qəza nəticəsində yerə çırpıldığı, pilotun isə sağ olaraq xilas olduğu bildirilib.


Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiyanın tərkibində 100 hərbi təyyarə cəmləşib. İordaniyanın 6 döyüş təyyarəsi Yəməndə keçirilən əməliyyatlarda iştirak edir.