Çətin adamla asan müsahibə

ETİBAR CƏBRAYILOĞLU
183237 | 2017-02-24 19:04

Dərdini kitab edən 60 yaşlı SabirSarvan: "Şeir yazmaqla qəlbimdən yük atıram”

Sabir Sarvan ədəbiyyata ötən əsrin80-ci illərində gələn, elə o vaxtdan yaradıcılığı maraqla izlənilən şairlərdəndir. Qələm dostuvə sirdaşı Əjdər Ol demişkən, az yazsa da, ölçüb-biçən, poeziyaya ciddi yanaşanqələm adamlarındandı.

Şairin digər dostu, ədəbiyyatşünas alimİlham Abbasovun fikrincə isə Sabir Sarvanın şeirləri də özünə oxşayır - zahirənsadə, anlaşıqlı görünsə də, dərinliyinə varanda başa düşürsən ki, hər şeygöründüyündən daha mürəkkəbdi, məğzini, mahiyyətini anlamaq heç də asan deyil.

60 illiyi ilə əlaqədar şairin doğulduğuAğsuda, yaşadığı Sumqayıtda, kitabları nəşr olunduğu Bakıda tədbirlər, görüşlərkeçirilir. Bu dəfə sıra "Ədalət” qəzetinə çatdı. Qəzetimizin səhifəsində SabirSarvana yubiley mərasimi qurduq.

-Deyirlər ki, heç kim ədəbiyyata xoşbəxtlikdəngəlmir... Sabir Sarvan da istisna deyil yəqin...

-Əgər yer üzündə xoşbəxtlik doğrudan da varsa,ədəbiyyat heç vaxt onun meydanı olmayıb. Bu mənada, bu meydanda SabirSarvan da istisna deyil. Amma paradoks ondadır ki, mən ilk şeirimi xoşbəxtlikdən yazmışam və o xoşbəxtliyindadını hələ də unutmamışam. Orta məktəbin7-ci sinfində oxuyanda bir qıza vurulmuşdum. İllər keçəndən sonra başadüşdüm ki, bu vurğunluq dövrün ən xoşbəxt günləri imiş. Və o xoşbəxt günlərdəyazdığım ilk şeirin aşağıdakı misraları hələ də yadımdadır:

Küsüşdük, barışdıq gözlərimizlə,

Qaynadıq, qarışdıq gözlərimizlə,

Bir dastan danışdıq gözlərimizlə,

gözlərdə danışarmış.

-Dərdinikitab edən Sabir Sarvanın əsas məqsədi nədir - oxucularının sayını artırmaq,yoxsa dərdlərini azaltmaq?

-Başqayazı-pozu adamlarını bilmirəm,mən məqsədsiz-filansız yazıram.Sadəcə, qəlbimdən yük atıram. Beləməqamlarda məqsəd-filan olmur,ürəyini boşaldırsan, yüngülləşirsən, vəssalam. Oxucuların sayınıartırmaq məsələsinə gəldikdə isə təbii ki, hər bir şair istəyər oxucusu çoxolsun, şeirləri dildən-dilə düşsün. Amma birçox hallarda belə olur ki, sən peşəkarlaşdıqca, səviyyən yüksəldikcəətrafın və oxucuların seyrəlir. Bilirsən bu nəyə oxşayır?

-Yox, bilmirəm, şair...

-Elə bil sən hündürə qalxırsan və qalxdıqca, ətrafınyavaş-yavaş, mərhələ- mərhələ aşağıda qalır. Məsələn, indi Əli Kərimi yox,ədəbiyyata dəxli olmayan bir çox cızma-qaraçıları cani-dildən təbliğ edirlər. Vəbunu ürəkdən, səmimi şəkildə edirlər. Çünki səviyyələri budur. Əli Kərimi vəbaşqa bu kimi şairlərimizi gerçəkdən anlamaq üçün ilk növbədə hökmən səviyyəlazımdır.

-Dostlarınızsizi çətin adam kimi xarakterizə edirlər. Bu xarakterlə sözlə yola getmək çətindeyil ki?

-Sənin dəyaxşı tanıdığın dostlarım düz deyirlər, mən çətin adamam. Sonda deyiləsi sözü əvvəldədeyirəm. Çünki yalanı sevmirəm, nəinki sevmirəm, yalana nifrət edirəm. Bu dabir çoxlarını incidir. Amma mən xasiyyətdə olan adamlar insanlarla ünsiyyətdəçətinlik çəksələr də, sözün qəlbinəgirməyi, sözü qılıqlamağı bacarırlar, bütün ömürləri boyu sözün nazıyla oynayır, sözlərinin ağası, sözün quluolurlar:

...Üyüdürəm dən kimi

Kəlmə-kəlmə "un” alım.

Canımın ağrısıdı,

Sözün ağrısın alım.

Tanrım, SÖZ dəlisiyəm,

Məskənimi çöl elə,

Məni bir də yaratsan,

Yenə SÖZƏ qul elə.

-Əməkvə əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyəndiyi imzalarınsırasında sizin də adınızı çəkib. Bu, yəqin ki, təkcə qohumluq əlaqələri iləbağlı deyil...

-Gəl, əvvəlcə bir düzəliş edək. Səlim Müslümov deyibki, Sabir Sarvanın yazdıqları ruhən ona daha yaxındır. Etiraf et ki, bəyəndiyiimzaların sırasında ad çəkməklə bunun xeyli fərqi var.

-Etiraf edirəm...

-Qohumluq məsələsinə gəldikdə isə bizim Ağsurayonunun Pirhəsənli kəndində hamıbir-biri ilə qohumdur, biz az yaxını, uzağı var. Zaman- zaman qız veriblər, qızalıblar, qaynayıb-qarışıblar. Amma Səlim müəllimlə məni bir-birimizə qohumluqəlaqələri yox, təmənnasız dostluq telləri bağlayır. O, bir gözəlmisradan, bir gözəl sənət əsərindən bihuş olacaq qədər həssas insandır.Sənəti, ədəbiyyatı duyur, bilir və sevir. Görünür yazdıqlarımda nəsə onu tutub,yoxsa mənim yaxşı tanıdığım Səlim Müslümov nə dostluğa, nə də qohumluğa görəboğazdan yuxarı söz deməz.

-YazıçılarBirliyinin Sumqayıt bölməsini sizin övladınız sayırlar. Bu arada "övladınız”böyüyüb 20 yaşına çatdı...

-İnan ki, 20 ilin necə gəlib keçdiyini heç hisseləmədim. Bölməni qurub- yaratmaq, maliyyə məsələlərini həll etmək, yerlə,təchizatla təmin etmək və sair və ilaxır işlər başımı qatdı. Düz deyirsən, buelə övlad böyüdüb araya- ərsəyə gətirmək kimi bir işdir. Amma bu "övladın”barı-bəhəri də az olmayıb. Keçirilən saysız-hesabsız tədbirləri, görüşlərisadalayıb səni və oxucuları yormaq istəmirəm. İkicə faktı qeyd edim, Sumqayıtbölməsi yaranmamışdan AzərbaycanYazıçılar Birliyinin şəhərdə təxminən 8-10 üzvü var idi, indi isə üzvlərimizinsayı 80 nəfərdən çoxdur. Bölmə tərəfindən nə az, nə çox, düz 34 kitab nəşr edilib. Məncə, burəqəmlər fəaliyyətimiz haqqında nəsə deyir.

-ŞairSabir Sarvanın 60 yaşı tamam oldu. Bəs bir vaxtlar aktyor kimi çalışan SabirMəlikov indi neçə yaşındadı?

-İxtisasca aktyor olmağıma işarə ilə bir vaxtlarıyaxşı dedin, amma səhnədən uzaqlaşmaq hələ bu sənətlə vidalaşmaq demək deyil.Məsələn, indi də bir tamaşaya, yaxud bir filmə baxarkən oradakı hansısaaktyorun oyunu xoşuma gəlməyəndə mən bunu necə edərdim? - deyib, qapını arxadanbağlayıb aynanın önünə keçirəm. Belə vaxtlarda mənim "monotamaşam” başlayır.Səhnə aynanın qabağı, aktyor və tamaşaçı özüm oluram. Hətta şeirlərimdə dəbirdən özümdən asılı olmadan bu sənətəaid sözlər işlədirəm. Bütün bunları nəzərə alsaq, şair Sabir Sarvanınyaşı ilə aktyor Sabir Məlikovun yaşı elə eyni olar məncə.

-Yaşın60-cı mərtəbəsindən irəli baxanda nə görünür?

-İlk növbədə hər kəsə, o cümlədən sənə arzu edirəmki, 60-ın, 70-in, 80-in, 90-ın "mərtəbələrini” bir-bir fəth edəsən. Kim hansı"mərtəbədən” hara baxacaq, onu deyə bilmərəm, mən yaşın altmışıncı "mərtəbəsindən” irəliyox, geri baxıram. Çünki:

Qarşıda

Heç nə gözə dəymir,

Gözləmirbizi

nə bir ümid közərtisi,

nə bir möcüzə

Güzgülərdə gəzirikgəncliyimizi,

Güzgülər

özgələri göstərirbizə.

Geriyə dahaçox ona görə baxıram ki, həm geridə çox şey qoyub gəlmişəm, həm də səhvlərimi,günahlarımı düzəltmək üçün bir daha oraqayıtmaq imkanım yoxdur. Adam ağrıyan yerinə baxar. Vaxtında zamanı düzgün dəyərləndirməmişəm.Mən etmək istədiyinin yüzdə birini belə eləyə bilməyən adamlardanam:

Qocalıq gözümə zülmət çökdürür,

Yükü karvan-karvan daşınmazmola?

Ah, necə fürsətlər çıxdı əlimdən

Təzədən bu ömür yaşanmazmola?


ETİBAR CƏBRAYILOĞLU

ÇIXARIŞ:

"Adam ağrıyan yerinə baxar”

"Mənim "monotamaşam başlayanda səhnə aynanınqabağı, aktyor və tamaşaçı özüm oluram”




TƏQVİM / ARXİV