adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Fevral 2017 19:40
6647
SİYASƏT
A- A+

İlham Əliyev Küveyt əmirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbriki məktubu göndərib.

Adalet.az xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm".