adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Fevral 2017 18:36
4156
HADİSƏ
A- A+

Ağdaşda iki avtomobil toqquşub: Ölən var

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 14:00 radələrində Ağdaş-Ləki yolunun 2-ci kilometrliyində, Pirəyir kəndi ərazisində VAZ 2106 və "Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şordəhnə kənd sakini, 1960-cı il təvəllüdlü Nurəliyev Rafael İsfəndiyar oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Pirəyir kənd sakini, 1961-ci il təvəllüdlü Fikrət Dostməmmədov, Şordəhnə kənd sakini, 1989-cu il təvəllüdlü Nuralıyev Nicat Rafael oğlu, Orta Ləki kənd sakini, 1991-ci il təvəllüdlü İlyaszadə İlyas Şahlar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.