adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Fevral 2017 17:45
7392
DÜNYA
A- A+

Özbəkistanda kimyəvi zavodda partlayış baş verib

Özbəkistanda Fərqanə şəhərində "Ferqanaazot” azot gübrələri istehsal edən zavodda baş verən partlayış nəticəsində ən azı beş nəfər ölüb.

Adalet.az  xəbər verir ki, bu barədə RİA Novosti müəssisədə olan mənbəyə istinadən məlumat yayıb.

"Hadisə yerində beş nəfər ölüb, onların hamısı təmirçilər briqadasının üzvləri idi. Bir neçə nəfər hazırda xəstəxanadadır”, - mənbə bildirib.

Onun sözlərinə görə, müəssisədə komissiya işləyir, əsas istehsal dayanmayıb.

Özbəkistan FHN-in məlumatına görə, fevralın 23-də saat 16:30-da (Bakı vaxtı ilə 15:30-da) "Ferqanaazot” SC-də təmir-montaj işləri aparılarkən ammiak sexində partlayış olub.

Müəssisənin istehsal gücü ildə 270 min ton karbamid və 350 min ton ammiak selitrasıdır.