adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Fevral 2017 16:26
50968
TEXNOLOGİYA
A- A+

“Google” və “Uber” bir-birini ittiham edir

"Google” və "Uber”lə əlaqəsi olan şirkətlər pilotsuz avtomobil texnologiyasını oğurlamaq ittihamlarına görə məhkəmədə görüşə bilərlər.

"Waymo” şirkəti ("Google”un pilotsuz avtomobilin hazırlanması dəstəsiylə əlaqədə olan şirkət) San-Fransisko federal məhkəməsinə müraciət edərək "Otto” şirkətinə ("Uber”lə əlaqəsi olan) qarşı iddia qaldırıb.

"Waymo” şirkəti "Otto”nu məxfi sənədlərin və orijinal dizaynların olduğu 14000 min faylı oğurlamaqda ittiham edir. Burada söhbət, xüsusilə, pilotsuz avtomobilin sensor sistemindən gedir.

İddiaçının sözlərinə görə, məlumatları "Google”da pilotsuz avtomobil layihəsi rəhbərlərindən biri Entoni Levandovski oğurlayıb. Sonradan Entoni "Otto”nun həmtəsisçilərindən biri olub.
"Bizim fikrimizcə, bu əvvəlcədən planlaşdırılıb”, - deyə "Waymo” şirkətinin bəyanatında bildirilir.

Şirkətin iddialarına görə, oğurlanmış məlumatlar rəqiblərə qısa müddət ərzində avtomobilin sensor sistemini hazırlamasına kömək edib.

"Reuters” agentliyinin məlumatına görə, "Waymo” şirkəti "Uber”i mübahisə yaradan texnologiyadan istifadə etməməsini və dəyən ziyana görə təzminat ödəməsini tələb edir. Təzminatın məbləği açıqlanmayıb.

"Biz "Otto” şirkəti əməkdaşlarına qarşı irəli sürülən ittihamları qəbul edirik və "Uber” bu hadisəni ciddi və diqqətlə araşdıracaq”, - deyə "Uber”in "France-Press” agentliyinə verdiyi açıqlamada bildirilib.