adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Fevral 2017 15:30
7047
DÜNYA
A- A+

Türk hərbçiləri İraqın şimalında 27 terrorçunu məhv edib

Fevralın 22-də Türkiyənin HHQ-nin Suriyanın şimalında endirdikləri aviazərbələr nəticəsində Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (KFP) 27 üzvü məhv edilib.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"İraqın şimalında Kandil dağı ərazisində fevralın 22-də havadan hücum əməliyyatı nəticəsində KFP separat terror təşkilatının 27 üzvü məhv edilib”, - Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Türkiyə HHQ zərbələri kəşfiyyat məlumatlarının operativ təhlili nəticəsində həyata keçirilib. Kürd qiyamçılarının üç sığınacağı məhv edilib.