BİZİM KÜÇƏDƏ TONQAL YANMADI

ƏBÜLFƏT MƏDƏTOĞLU
71229 | 2017-02-24 15:23

Bu ilin ilk çərşənbəsində

Bilmirəm inancdandı,milli adət-ənənədəndi, yoxsa südlə qanımıza hopmasındadı… hər nədəndisə,əl boyda uşaq olan vaxtdan Novruzu həsrətlə gözləmişik.Onun çərşənbə tonqallarının ətrafında ayrı bir dünya qurmuşuq, ayrı bir dünyanınadamı olmuşuq. Uşaqların səs-küyü, böyüklərin «tonqalla ehtiyatlı olun» xəbərdarlığıqarışıb bir-birinə. Gecə yarıya qədər sönməyib tonqallarımız. Hətta kimlərsə evindənkartof-soğan daşıyıb gətirib və çərşənbə tonqalının közünü aralayıb «basdırmışıq»o tonqalın közü içərisində kartofu, soğanı. Sonra da şirin-şirin əlimizi od-alovütə-ütə yemişik,indi restoranlarda «külləmə» deyib bizə təklifetdikləri kartof-soğanı…

Bəli, bu bir dünyamızolub bizim, özümüzə məxsus dünyamız. Və bu dünyanı bizim övladlarımıza hədiyyə eləmişikqanımızla, təbliğatımızla. Şəxsən mənim övladlarım o tonqal üçün həmişə darıxıblar.Amma onların bəxti gətirməyib. Paylarına düşən ilk tonqalı Qarabağda yandırdıq– 1989-cu ildə. Sonra işğal olundu Tuğ kəndi. Və tonqallarımız da «işğal» olundu.Füzulidə yandıra bilmədik, Beyləqanda ilk illər əlimiz qalxmadı, ürəyimiz təpməditonqal qalamağa və üz tutduq Bakıya. Gecəqondu tikdik… Evimiz dedik adına və tonqalıyandırdıq. Amma bu nisgilli tonqal idi. Sən demə,tonqalın da ömrü çox qısaymış… elə builə qədər çəkdi onun ömrü…

Hə, ilk çərşənbətonqalında işdən evə qayıdırdım. Məskunlaşdığımız ərazidən keçəndə diqqətimi birməqam çəkdi. Bizim küçənin evlərininböyük əksəriyyəti sökülüb. Köçürülüb adamlar. Xarabalığa bənzəyir. Və … Ən dəhşətlisibudur ki, bu küçədə bir dənə də olsun tonqal yanmır. Çünki iki ev qalıb küçəninmən yaşayan hissəsində və bu evlər də qaranlığa qərq olub… Ev sahiblərinin içindəo qədər, o qədər ağrı-acı var ki, tonqal çatmaq, yandırmaq yada düşməyib və ümumiyyətlədə düşmür. Çünki bizim tonqalımızı evimizi sökənlər, bizi köçürmək istəyənlər içimizdəyandırıb və tonqalı da bizdən başqa kimsə görmür və görmək də istəmir… İnanın ki,bir anlıq küçənin ortasında dayandım. Hər tərəfdən üstümə bir ağırlıq, bir hüznaxıb gəldi. Sanki o ağırlıq mənitorpağa sıxırdı. Amma neyləyim ki, yer paralanmırdı, yarılmırdı… Evim-eşiyim qarışıqçəkmirdi məni aşağı... Və mən bu xofun, bu sıxıntının içərisində Allahdan başqakimsəni görmürdüm. Ona görə də qeyri-ixtiyari üzümü göy üzünə tutub dedim:

- İlahi, bunə qədər çəkəcək? Nə qədər köç olacaq həyatımda?Mən ancaq köçmək üçünmü doğulmuşam?!

Bir təhər fikirlərdənyaxamı qurtarıb evə gəlirəm. Uşaqlar televizora baxırlar. Kanallardan hansındasaçərşənbədən danışılır. Tonqal ətrafında söhbət gedir. Uşaqlarımın, nəvələrimin üzünə baxıram. Otonqalın işığını görmürəm onların çöhrələrində, onlarıngözlərində. Hiss edirəm ki, vaxtı yola vermək üçün oturublar ekran qarşısında… Hə,bu da bir dəhşətdi. Əl boyda uşaqlar vaxtı öldürməyə çalışır?!

Mən bir küncə çəkilirəmözümlə danışmaq üçün. Bunada imkan olmur. Yaxınlarımızdanbir nəfərin dünyasını dəyişməsixəbəri gəlir… Sonra qələm və ürək dostum, jurnalist Polad Qasımovun acı xəbəri vəbir də dənizdə həlak olan dayım oğlunun itkisi…

Bəli, bir həftədəüç sarsıntı, üç itki. Buna ürəkmi dözər? Üstəlik, ocağına su calanması… küllüyününsovrulması… və bir də özününbu dünyada heç kimə gərək olmamağı, heç bir əhəmiyyət kəsbetməməyi… lap sadə desəm, gərəksizliyin…artıqlığın… Ümumiyyətlə,bir insan, bir vətəndaş kimi yalnız say baxımından hardasa görünməyin… Bax, bunlarbitib-tükənməyən dərd. Ona görə də:


Qaçmaq -

özümdən ancaq

görmək istəməyən

gözümdən ancaq…

kəsmək -

dilimiancaq
səni inandıra bilmir

küsmək -

ölümdənancaq

buqədər gözəldir

yığışıbgəlmir…

qaçmaq…

görmək…

kəsmək…

küsmək…

vəbütün bunları da

seçmək,

dözmək

səninboyuna biçilib

ayyazıq,

aydəli ürək!..


***

Biraz bundan öncə bir həftənin acılarını dilimə gətirdim və elə bil ki, bu acılar onsuzda heç 1988-ci ildən bu günə qədər ürəyimcə olmayan fevral ayının bəxtinəyazılıb. Bir az pafoslu səslənsə də fevralın Qarabağ hadisələrinə başlanğıc olması... fevralın Qaradağlı faciəsi…fevralın Xocalı faciəsi… Malıbəyli faciəsi və daha nələr, nələr… Bir ayın dərd yükünəbaxın… bir ayın qan selinə baxın… Bax, bu dərdləri, qanı görə-görə inciyib küsdüyümfevralın 2017-ci il gəlişi də ağrılı-acılıdı. Məni qınamayın. Deməyin ki, mən nəmçəkənəm, buluddan da nəm çəkirəm… axan çaydan da, kükrəyən dənizdən də… lal göldəndə, hətta kasadakı sudan da…

Yox,belə düşünməyin. Mən təbiətən onların hamısına vurğunam. Onları anlamağa, onlarıduymağa, onların duruluğundan keçibgəlməyə həmişə cəhd eləmişəm. Amma neyləyim ki, mən qaçdıqca dərd də dalımca qaçır. Gah məni haqlayır…gah məndən önə keçir… gah özü məni ardınca aparır, gah da mən onu… Bax, bu məqamda sizdən təkrar rica edirəm,məni nəm çəkən kimi qəbul etməyin. Mənim kipriklərim Qarabağda ütüldü… Mənim ürəyimQarabağda daşlaşdı. Ona görə iki əl boyda körpəsini qoyub dənizdə faciəvi şəkildəhəyatını dəyişən dayım oğlunun acısı da mənim tüstümü təpəmdən çıxarmır. Çünki özümartıq bu məmləkətdə, bu cəmiyyətdə ayaq üstə gəzən bir varlığam, bir cənazəyəm.Kimsəyə fərq etmir, kimsəyə iynə ucu boyda da olsa təsir göstərmir olmağımla ölməyim,varlığımla yoxluğum. Sanki bütün cəmiyyət görməmək, duymamaq üstündə köklənib. Beləolan halda baş yolmaq, sinəyə döymək, əllərini dizinə çırpmaq heç nəyi dəyişmir.Mən bunu hər gün daha çox anlayıram, daha çox hiss edirəm. Ona görə də özümə çəkilməyi,özümlə danışmağı, özümlə oturub-durmağı daha üstün tuturam, buna daha çox meyl edirəm.Və kimlərsə də bunu mənə qəbahət sayır, məni bunda günahlandırır. Mən isə…


Açılan səhərlə doğulanümid

Mənə nə gətirir,sənə nə, gülüm?

Hərdən düşünürəm quş dimdiyində -

Nə gərək olardı dənə, nə, gülüm?


Xəyalım, ümidim qəlpələnirsə,

Ürəyim dərd-qəmə hey bələnirsə,

Güvəncim dağlara qar ələnirsə -

Dumana nə, gülüm, çənə nə, gülüm…


Tutubdu çevrəmi həsrət mərəzi

Gözümdən oxunur dərdin qərəzi…

Pozulub gör necəmizan-tərəzi-

Nə deyim ölçüdə nə,tənə, gülüm!


Qaçqınlıq… köçkünlüküstəlik də bu -

Gözümdən sellənib qurumayan su…

Durub boyumu ölç, başdaşımı yu -

Sığındım gör hansı vətənə gülüm?!


***

Bu dünya mənimləvə yaxud da kimlərləsə maraqlı da ola bilər, maraqsız da… Bu dünya mənimlə və yakimlərləsə yaşamalı da olar və yaxud da elə-belə gəlib getməli də… Bunları sözgəlişidemirəm. Yəni,düşünməyin ki, bunlar gəlişi, deyilişi gözəlsözlərdi, fikirlərdi. Yox, sadəcə, bunlar mənim dərk elədiyim həqiqətin hamınıngördüyü tərəfidi. Hər kəs bilir ki, onun varlığı və bir gün dünyadan köçməsi birevin içini, bir doğmalarını, bir sevdiklərini, bir də onu sevənləri müəyyən zamankəsiyində ağrıdacaq, düşündürəcək və sonra həyat öz axarı ilə davam edəcək. Və o müdriklərin dediyi «torpağın üzü soyuqdu» kəlamıdoğrudan-doğruya gerçəkdi. Ən əziz itkini də qırx gün ağrayıb sızlayırsan. Sonra yavaş-yavaş çəkilirsənürəyinə – öz dünyana, öz xatirələrinə. Bax, mən kəndimi, elimi itirəndə gözümünqabağında yanan uşaqlığıma sızıldadım, göynədim, yazılar yazdım təsəlli üçün. İndidə yazıram. Amma bu yazıların,bu sızıltılarınməndən başqa kimsəyə heç bir isti-soyuğuyoxdur. Hər kəs ya oxuyur, ya da qatlayıb tullayır bir tərəfə bu yazıları. Ona görəki, həyat hər kəsi öz problemi iləyükləyir, hər kəsin başı öz dərdlərinə, öz qayğılarına qarışıbdı. Və mən bu məqamdatez-tez işlədilən bir fikrə daxilən etiraz edirəm, etmişəm və edəcəm. Deyirlər ki,əvəzedilməz insan yoxdu. Mən bununla razı deyiləm. Çünki Tanrı heç kəsdən iki nüsxəyaratmayıb, heç ağacdakı yarpaqların ikisi bir-biri ilə yüzə yüz eyni deyil. Deməli,hər insan fərd olaraq öz missiyasınıyerinə yetirir. Düzdü, onun gördüyü işi kimlərsə ondan yaxşı davam etdirir. Ammao işdə hər kəsin öz nəfəsi var, öz əlinin, alnının təri var. Bax, bu mənada ƏVƏZEDİLƏN İNSAN YOXDUR!!! İşi davam etdirən insanlar var…

Bəli, bax, bu əvəzolunmayan insanlar bizi tərk edəndə, yığışıb köçəndə özləriylə aparırlar öz dünyalarınıda. Və biz də o dünyanı onların əlindən almaq gücündə deyilik. Mən itirdikləriminheç birinin dünyasını alıb saxlaya bilməmişəm. Bəlkə siz almısınız, saxlayırsınız– deyə bilmrəm. Öz adıma, əlimi öz ürəyimin üstünə qoyub deyə bilərəm ki, mən alabilmədim. Ona görə yazmışam ki:


Üzümü aparacam

Gözümü aparacam…

Üzüm,gözüm qarışıq

Özümü aparacam-

Qalsa,sözüm qalacaq…


Əlimi götürəcəm

Dilmi götürəcəm…

Əlim,dilim qarışıq

Ölümü götürəcəm-

Qalsa,sözüm qalacaq…


Elçim fələk olacaq

Ölçüm boyum olacaq…

Elçi,ölçü qarışıq

Torpaq bələk olacaq-

Qalsa,sözüm qalacaq…


Hə, bu bədbin notlardansonra özümü ha silkələsəm də sizin dünyaya, bugünkü həyata qayıda bilmirəm. Çünkiyükləndiyim dərd, yükləndiyim qayğılar beşəlli sallaşıb ürəyimdən. Və mən qarşıdangələn növbəti çərşənbənin «qaranlığını» da artıq özümə yükləyirəm. Bilirəm ki, ondada bizim küçədə tonqal yanmayacaq. Çünki bizim tonqalı elə bizim evləri sökənlərbirdəfəlik söndürdülər. Neyləmək olar?! Gücüm gücünə, imkanım imkanına çatmır – nə fələyin, nədə evimi sökənlərin. Deməli, bu da mənim qədərim!.. Sizə kədərsiz, qəmsiz çərşənbətonqalları diləyirəm. Barı siz bu çərşənbə ovqatını yaşamağa çalışın!..


TƏQVİM / ARXİV