adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Fevral 2017 15:17
6482
ELM VƏ TƏHSİL
A- A+

Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “ Xocalı harayı ” adlı tədbir

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi və ardından dövlət himni səsləndirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru səlahiyyətlərini icra edən professor Havar Məmmədov açıb və Xocalı soyqırımının tarixi kökləri barədə ətraflı məlumat verib. O, qeyd edib ki, bu gün Xocalı facisəsinin dünyaya tanıtdırılmasının təməlini ulu öndər Heydər Əliyev qoyub. Xocalıda baş verən qanlı hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb, soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və ölkəmizin birinci vitse–prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərindən danışıb.

AMEA-nın şöbə müdiri İlqar Niftaliyev çıxışında qeyd edib ki, Azərbaycan xalqı zaman-zaman erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Bu illər ərzində Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla nəticələnib. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqrımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi. Bu siyasət indi də davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırım cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sözügedən siyasətin gerçəkləşməsində Xocalıya ədalət kampaniyası müstəsna rol oynayıb.

Çıxış edən natiqlər vurğuladılar ki, Sovet ordusuna məxsus 366-cı motoatıcı alayın iştirakı ilə erməni qəsbkarları tərəfindən reallaşdırılmış Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Qeyd olunub ki, həmin müdhiş hadisə nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Beynəlxalq ictimaiyyətin göz yumduğu bu faciə yalnız ulu öndərin hakimiyyətə qayıdışından sonra özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirlər görüldü. Tədbirdə vurğulanıb ki, ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayət qınanmalı və Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Tədbirdə universitetin tələbələrinin ifasında Xocalı soyqırımını əks etdirən " Xocalı harayı " adlı bədii kompazisiya nümayiş olunub və "Sarı gəlin” mahnısı səsləndirilib.

Daha sonra universitet tələbələrinin ifasında şeirlər