POLAD QASIMOVSUZ YEDDİ GÜN

FAİQ QİSMƏTOĞLU
73439 | 2017-02-24 15:07

… Onunla ötən əsrin80-ci illərində tanış olmuşdum. «Kirpi» jurnalına bir yazı aparmışdım və o yazınıda rəhmətlik Rüfət Əhmədzadə bəyənmişdi. Ancaq bəyənməyinə baxmayaraq, dedi ki,qoy Polad müəllim də bir baxsın, fikrini söyləsin. Düyməni basdı, otağa son dərəcənurlu, ağayana və işıqlı bir insan daxil oldu.

- Tanış ol, bu PoladQasımovdur, - deyə Rüfət Əhmədzadə bizi tanış elədi.

O, Polad müəlliməbir daha mənim barəmdə əlavə məlumat verdi. Dedi ki, bu cavan oğlanda nəsə maraqlı bir istedad var.Yazısına baxarsan, məsləhət bilsən çapa hazırlayarsan. Polad müəllim də diqqətləmənə baxdı və dilləndi:

-Bir həftədən sonra mənə bir dəyərsən!

Eləoldu ki, bir həftə iki həftəyə çevrildi və iki həftədən sonra Polad müəllimin yanınagetdim. İçəri daxil olanda özünəməxsus yüksək bir mədəniyyətlə ayağa qalxdı və verdiyimsalamı ürəkdən aldı. Sonra da dedi ki, yazdığın felyeton çox xoşuma gəldi. Artıqonu çapa hazırlamışam, bu nömrə jurnalda dərc olunacaq. Əllərini saçlarına aparıbonu geriyə daradı:

-Yazınbarədə Rüfət müəllimə də demişəm. Demişəm ki, bu adam istedadlı gəncdir. Ondan gələcəkdəistifadə eləmək lazımdır.

«Kirpi»jurnalının çapdan çıxmış yeni nömrəsini böyük sevinclə aldım. Gözlərim öz yazımı axtarırdı. «Susmaq qızıldır» yazısınıgörəndə gözlərimə işıq gəldi. Sevincimdənfərəhləndim. Zarafat deyildi, 70-ci illərdə felyetonun çap olunsun və səndə ona sevinməyəsən.

BizimPolad müəllimlə yoldaşlığımız, dostluğumuz, ünsiyyətimiz o vaxtdan yarandı. Nə az,nə çox Polad Qasımovun köməkliyi ilə ona yaxın felyetonum «Kirpi» jurnalında çapolundu. Hətta məni «Kirpi»də işə götürmək də istəyirdilər…

Ovaxtlar «Kirpi» jurnalında işləmək hər jurnalistə nəsib olan xoşbəxtlik deyildi.Orda çalışanların içərisində Polad Qasımov başqalarından seçilirdi; həm istedadı,həm sadəliyi, həm də ağayanalığıyla. Orda elə adamlar vardı ki, salam verəndə heçadamın salamını belə almaq istəmirdi. Elə bil ki, alçaq dağları bu yaratmışdı, yerə-göyəsığmırdı. Tay bilmirdi ki, Allah-Təalanın da özündən razı, yekəxana adamlardan xoşugəlmir. Heç Polad Qasımovun da bu yekəxana, özündən razı adamlardan xoşu gəlməzdi.Özü sadə və səmimi olduğuna görə də həmişə ətrafında belə insanları görmək istəyərdi.

… Onun ən yaxın dostlarındanbiri bizim də yaxın dostumuz və qardaşımız olan Əbülfət Mədətoğlu idi. Hər səhəronlar 1-ci mərtəbədə çay içən görərdim. Və bir neçə dəfə də Polad müəllimin təkidlərindənsonra mən də əyləşib onlarla bir stəkan çay içərdim. Bir dəfə elə oldu ki, pul verməkistədim, onda da Anara dedi ki, Faiq müəllimin pulunu götürmə, geri qaytar! Onlarınsıxıntısı, ehtiyacı çoxdur. Və bir də ki, heç kəs mən əyləşdiyim stolda pul verəbilməz.

Polad müəllimin dünyaboyda ürəyi, dağ boyda səbri və bir də heç kimə bənzəməyən səmimiyyəti vardı. Bunutək mən demirəm. Onu tanıyanların hamısı deyir. Bu da təsadüfi deyildi. Çünki PoladQasımov Gədəbəydə bütün Azərbaycanda tanınan və sevilən bir ziyalının ocağında dünyayagəlmişdi və Polad müəllim heç vaxt haram çörəklə böyüməmişdi və heç vaxt da haramçörək yeməmişdi.

… O, başqa dünyanınadamı idi. Dünyaya kişi ocağında gəlmişdi,kişi ocağında yaşamışdı və kişi kimi də ömür sürmüşdü! Elə kişi kimi də bizi tərkelədi. Ona bir dəfə xahiş elmişdim, heç kimin eləyə bilmədiyi işi aşırmışdı. Vəmən də çalışırdım ki, bu yaxşılığın müqabilində nəsə onun əvəzini qaytarım. Heçolmasa ən azından bir dəfə oturub çörək kəsək. Elə hər dəfə də deyirdi ki, darıxma,sən, Əbülfət, mən qudamın yeməkxanasında əyləşərik və bir tikə çörək kəsərik. Həttabir dəfə də nə illah elədim ki, heç olmasa mən borcumu yeni ilə qədər qaytaram.Yenə özünəməxsus bir ağayanalıq və mərdliklə dilləndi:

- Darıxma, may ayında75 yaşım tamam olur. Bax, onda bir yerdə əyləşib ötən günləri yada salarıq…

… Onun dediyi günübiz bir yerdə qeyd eləyə bilmədik… biz bir yerdə əyləşib onun sağlığına badə qaldırabilmədik… biz bir yerdə əyləşib sevincimizi, fərəhimizi, içimizdə olan nə varsaonu bölüşə və paylaşa bilmədik... Mənim üçün bu çox ağır oldu. Və elə bilirəm ki,Polad Qasımovun mənim boynumda çox böyük bir yükü var. Ən azından ona görə ki, onunelədiyi yaxşılığın min də birini qaytara bilmədim. Və bir də mənə o təsəlli olurki, Polad müəllim elədiyi yaxşılıq müqabilində heç kəsdən, heç kimdən onun əvəzini,qarşılığını ummazdı. Elə ona görə də o, Polad Qasımov idi.

Mən bu yazını qələməalmamışdan üç-dörd saat əvvəl metroda şair Qələndər Xaçınçaylı ilə rastlaşdım. Oda Polad müəllimin dünyasını dəyişməsinə çox kədərlənmişdi. Və bir yaxşılığını yadasaldı: «Cibimdə pulum yox idi, Ağdama yasa getmək istəyirdim. Elə oldu ki, bir dəfəPolad müəllimlə rastlaşdım, məni otağına dəvət elədi. Gördü ki, əhvalım çox pisdi.Hadisəni ona danışdım, əlini cibinə saldı və zorla mənə yüz manat pul verdi. Dediki, get yası yola ver, heç bir qəm eləmə».

Bax, Polad müəllimibütün yazarlar, jurnalistlər belə mərd insan kimi tanıyıb. O, Azərbaycan jurnalistikasınıntam məsuliyyətlə deyə bilərəm ki, barmaqla sayılası şəxslərindəndir. Müxbirlikdənbaş redaktor vəzifəsinə qədər yüksəlib. 60 ilə yaxın Azərbaycan mətbuatında külüngçalıb, yazı yazıb, imzasını tanıtdırıb və uzun müddət «Kirpi» jurnalının baş redaktoruvəzifəsində işləyib. Müxbir olanda özünü necə sadə və səmimi aparıbsa, baş redaktorvəzifəsində çalışanda da o sadəliyini qoruyub saxlayıb. Əməkdaşlarına redaktor kimiyox, öz doğma övladları kimi yanaşıb.

Rəhmətlik Vaqif CəfərlininPolad müəllim haqqında dediyi bu sözlər bu gün də qulağımda səslənir: «Polad müəllimmənim dədəm idi. Cibimdə pulum olmayanda, sıxıntı içində yaşayanda həmişə onu axtarırdımvə ona bel bağlayırdım. Qayıdanda da balalarım görürdü ki, cibimdə pulum var, bazarlıqeləmişəm, evə əli dolu gəlmişəm. Bunu görəndə balalarımın gözünə işıq gəlirdi.»

Polad Qasımov «Əməkdarmədəniyyət işçisi» fəxri adına layiq görülmüşdü. Polad Qasımov sözün həqiqi mənasındatəpədən dırnağa qədər ziyalı, işıqlı, nurlu bir kişi idi… Polad Qasımov murdar suyaqoyulub içilməli bir adam idi. Çünki murdar su da Polad Qasımovun simasında saflaşırdı,durulaşırdı… Polad Qasımov Allah çox yaxın və doğma bir insan idi. Çünki o Allahınısevirdi, haqqı, ədaləti, mərdliyi, kişiliyi və ən nəhayət səmimiyyəti hər şeydənüstün tutardı… Və Polad Qasımov bir tikə çörəyini də dörd-beş yerə bölən kişilərdənidi!..

Yas məclisində onunövladlarını gördüm. Yas məclisində onun qardaşı, istedadlı şair-publisist, heç kiməəyilməyən, ləyaqətini və şəxsiyyətini bütün varlıqlardan üstün tutan Dəmir Gədəbəylinigördüm. O Dəmir Gədəbəyli ki, tələbə vaxtı bizlərə dədəlik, atalıq, qardaşlıq eləmişdi…O Dəmir Gədəbəyli ki, bizə görə həmişə yuxarılar tərəfindən sıxılırdı… Nə var, nəvar, tələbə-jurnalistlərə o həddindən çox qonorar yazırdı. Dəmir Gədəbəyli həmişədeyirdi ki, tələbəyə qayğı göstərərlər, nəvaziş göstərərlər, cibinə pul qoyarlar.

Hətta o, TəfəkkürUniversitetində dekan vəzifəsində çalışandabelə tələbələrə görə çoxlarıyla davaya qalxıb və heç kimdən pul almayacağını bildirib.Deyib ki, mən tələbədən pul yığa bilmərəm. Tələbənin cibinə pul qoymaq lazımdı.Ona görə öz ərizsi ilə dekan vəzifəsindən çıxıb. O, filologiya elmləri doktoru,gözəl şair, gözəl publisistdir.

Sözümün canı odurki, qardaş itkisi bu səbrli və dözümlü adamın belini əymişdi. Mən də bilirəm ki,qardaş itirmək nə deməkdir. Mən də qardaşımı 48 yaşında itirmişəm. İstəyir qardaşın48-i yaşı olsun, istəyir 108 yaşı. Fərqi yoxdur, hər ikisi böyük dərddir və hərikisi qardaş itkisidir!

Bilmirəm, Polad Qasımovsuzbu yeddi günü onun doğmaları necə yaşayıblar. Amma bir onu bilirəm ki, mənim gözümünqarşısında Əbülfət Mədətoğlu, Mahir Baratoğlu və onu sevən, dostluq edən, hər günçörək kəsən insanlar indi 1-ci mərtəbəyə yeməkxanaya düşüb çörək yemək istəmirlər.Çünki onların gözləri Polad müəllimi axtarır! Elə mənim də gözüm Polad müəllimiaxtarır! İndi bu təmiz, gözəl insan göy üzündə Allahın dərgahındadır. Göy üzündəAllahın dərgahında olmaq hər kişiyə nəsibolan xoşbəxtlik deyil. Polad müəllim bu dünyada özünə yaxşılıqdan böyük abidə qurmuşdu.İndi isə Allahın dərgahında o rahatca uyuyur və əbədi ömürünü yaşayır.

Bu dünyadakı ömürmüvəqqəti ömürdü. Amma əsl xoşbəxtlik odur ki, Allahın dərgahında əbədi ömür qazanasanvə heç vaxt ölməyəsən. Polad müəllim də heç vaxt ölməyib və həmişə də onu tanıyanların,sevənlərin qəlbində gün işığı kimi yaşayacaq. Onun özü olmasa da, yaxşılıqları,xatirələri bizimlə olacaq, ürəyimizi, qəlbimizi isidəcək…


TƏQVİM / ARXİV