adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Fevral 2017 16:19
9582
ƏDƏBİYYAT
A- A+

Səlim Babullaoğlunun “Qrafik şeirlər və esselər” sərgisi keçiriləcək

Fevralın 25-i saat 15.00 -17.00 arasında "Asmart” Greative Hub-da (Üzeyir Hacıbyəov küçəsi 37/43 ünvanında, keçmiş "Aynur” Məişət Evi ilə eyni yerdə, II mərtəbə, Hökumət Evinin arxası) "Vizual poeziya” layihəsi çərçivəsində şair Səlim Babullaoğlunun " Qrafik şeirlər və esselər” sərgisi keçiriləcək.

Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə "Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən "Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

Giriş sərbəstdir.