adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Fevral 2017 15:39
16496
ƏDƏBİYYAT
A- A+

Orhan Pamuk Sankt-Peterburqda olub

Türk yazıçısı, Nobel mükafatı laureatı Orhan Pamuk 20, 21, 22 fevral tarixlərində Sankt-Peterburqda səfərdə olub.

Adalet.az-ın verdiyi xəbərə görə, Səfərinin ilk günü o, Sankt-Peterbuq Dövlət Universitetində "Dostoyevski haqqında” mövzusunda açıq məruzə oxuyub.

Səfərinin ikinci günü Orhan Pamuka Sankt-Peterbuq Dövlət Universitetin fəxri professoru adı verilib, mantiya təqdim olnub.

Elə həmin günü "Bukvoyed” kitab mağazasında imza günü keçirilib.

22 fevralda Orhan Pamuk Sankt-Peterbuq Dövlət Universitetin şərqşünaslıq fakültəsinin kitabxanasında olub, kitabxanada saxlanılan əlyazmalarla tanış olub, fakültənin professor-müəllim heyəti ilə görüşüb.

Daha sonra yazar türkologiya kafedrasına baş çəkib, tələbələrlə görüşüb, onların suallarını cavablandırıb.