adalet.az header logo
  • Bakı 21°C
24 Fevral 2017 13:41
16593
MƏMLƏKƏT
A- A+

Məktəblilər Xocalını andılar - FOTOLAR

Bakı şəhəri Nərimanov rayonu 47 nömrəli tam orta məktəb Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aytən xanım Bağırova Xocalı soyqırımının mahiyyətindən danışaraq, bildirib ki: "Erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələr törədib, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını söyləyib. Xocalı faciəsinin Dağlıq Qarabağ münaqişəsi tarixində ən qanlı hadisələrdən biri olduğunu tədbir iştirakşılarının nəzərinə çatdırıb”. O həmçinin qeyd etdi ki, Xocalıda baş vermiş soyqırım və erməni siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında insanl vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.Məktəbin direktoru Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərdən danışıb.


Tədbirdə iştirak edən Millət vəkili Aqil Abbas çıxış edərək dövlətin o cümlədən millət vəkillərinin Xocalı soyqırımı, erməni işğalının dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışaraq, belə təbirlərdə daha yasa batmağa yox, vətənpərvərlik hislərinin təbliğinə üstünlük verilməsinin vacibliyini vurğulayıb. Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayət kimi tanındığını deyən millət vəkili bildirdi ki, bu ağlasığmaz dəhşətləri törədənlər ədalət qarşısında cavab verməlidir.


Tədbirdə Aqil Abbasın "Dolu” filmdən kadrlar göstərilib. Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. "Dolu” filmi həqiqətən də indiyə qədər Qarabağ müharibəsi haqda çəkilmiş filmlərin ən yaxşısıdır. Həm ssenari, həm rejissor işi, həm operator, effektlər, musiqi, bir sözlə film küll halında yaxşı filmdir. Filmdə müharibə, döyüş, səngər, "Qrad” mərmilərindən yaranmış partlayış səhnələri çox gözəl effektlərlə verilib. Əgər tamaşaçı kinoya baxdığını unudursa bu filmin uğurudur. 8-ci sinif şagirdi Azad film haqqında təəssüratları Millət vəkili tərəfinən bəyənilib.

Çıxış edən Qarabağ döyüşçüsü, Xocalı soyqırımı zamanı düşmənin nəzarəti altında olan ərazilərdən meyitlərin çıxarılmasında, əsir xocalıların azad olunması prosesində yaxından iştirak edən və bu işdə müstəsna xidməti olan Zahid Qarayev o zaman gördükləri hadisələrdən söz açıb. O, Xocalı soyqırımı zamanı erməniləri törətdiyi vəhşiliyin miqyasından danışıb.


Məktəbin direktor müavini Gülnarə Rüstəmova Dürdanə Ağayevanın "Erməni zindanında səkkiz gün” kitabı haqqında danışıb.Tədbirin təşkilatçısı və ssenari müəllifi,məktəbin Dil-ədəbiyyat müəllimi Aybəniz Rüstəmovanın hazırladığı proqram üzrə şagirdlərin və xanəndə Murad Kəngərlinin ifasında bədi-musiqili çıxışlar təqdim ediblər. Ədalət Məhərrəmov belə yüksək səviyyəli tədbir düzənlədiklərinə görə, Aytən Bağırovaya, Aybəniz Rüsəmovaya və məktəbin bütün müəllim - şagird kollektivinə minnətdarlığını bildirib.

Tədbirdə məktəbin VII sinif şagirdi Fidan Məmmədlinin Çingiz Mustafayevin "Ana mən şəhid oldum” mahnısını və Şəmistan Əlizamanlının "Cənab Leytenant” mahnılarını çox gözəl ifa edib. Daha sonra məktəbin XI sinif şagirdi Natiq Hüseynov Məmməd Arazın "Dur ayağa Azərbaycan!” şeirini çox gözəl səsləndirib.

Azərbaycanın ilk hərbi direktoru, hərbi vətənpərvərlik mahnılarının sevimli ifaçısı Şəmistan Əlizamanlının ifalarının audio - təqdimatı ilə tədbir sona çatıb.


Ceyhun RÜSTƏMOV