Xalq artistinin 90 illik yubileyi keçirildi
Akademik Milli Dram Teatrında xalq artisti Lütfü Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.
Adalet.az-ın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış olublar.
Teatrın direktoru Azər Paşa Nemətaktyorun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb.
Daha sonra aktyorun sənət dostları – xalq artistləri Hacı İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Bəsti Cəfərova, Ramiz Məlik Lütfi Məmmədbəyovu böyük sənət xadimi, qayğıkeş insan, unudulmaz müəllim kimi xatırlayıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Sənətkarın oğlu İlham Məmmədbəyov tədbirin təşkilatçılığına görə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.