adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Fevral 2017 13:30
5141
İDMAN
A- A+

Hakimi söyən ulduz futbolçu cəzalandırıldı

"Nitsa”nın hücumçusu Mario Balotelli cəzalandırılıb. 

Adalet.az-ın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb italiyalı forvardın hakimi söyməsi olub.

Belə ki, Fransa çempionatının ötən turunda "Loryen”lə səfər qarşılaşmada hakimi təhqir edən ulduz futbolçu cari mövsümdə 3-cü dəfə meydandan qovulub. Yerli futbol federasiyası bu hərəkətinə görə, 26 yaşlı oyunçunu 2 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, "Nitsa”ya ötən yay "Liverpul”dan keçən Mario Balotelli bu mövsüm keçirdiyi 19 oyunda 11 qola imza atıb.